Page 400 - alberto moravia_Макет 1
P. 400

Alberto Moravia


            saldı; o cür ki, zavallı qız, az qala, Pinanın dizlәri üstündә
            oturacaqdı.
                – Bura mәnim yerimdir, – qız dәrhal sıçrayıb çaşqın halda
            bildirdi.
                – Yox, mәnimkidir… görmürsәn burada mәn oturmuşam!
                – Siz bu yeri mәn oturmaq istәyәndә tutdunuz… Bunu
            hamı gördü. Adam da belә edәr? Siz özünüzü necә aparırsınız?
                – Necә lazımdısa, elә dә aparıram.
                – Sinyorina, – qızın sәsi mülayim, amma qәtiyyәtli idi, –
            qalxın, yoxsa mәn nәzarәtçini çağıracağam.
                Bu sıxlıqda adamı nәzarәtçi ilә qorxutmaq sadәcә gülmәliydi.
            Elә Pina da ürәkdәn qәhqәhә çәkdi. Onda onun qolundan
            yapışmağa çalışan qız dedi:
                – Qalxın, sinyorina!
                Pina qızın әlinin üstündәn möhkәmcә vurdu:
                – Yığışdır әlini!
                Bu yerdә qızın atası – köynәyinin qatlanma yaxalığı boy-
            nunun qırışlarını örtәn ağ bığlı qoca işә qarışdı.
                – Sinyorina, siz mәnim qızımı vurmaqla çox pis hәrәkәt
            elәdiniz… üstәlik dә, o, haqlı ola-ola… ona görә durun ayağa.
                – Sәn kimsәn belә?
                – Sizin atanız yerindә bir kişi.
                – Atam yerindә? Bәlkә, babam yerindә demәk istәyirsәn?
            Yaxşı, bu qocaya mәndәn nә lazımdır? – Pina axırıncı sözlәri
            bu sәhnәyә tamaşa edәnlәrә müraciәtlә dedi, amma mәn
            gördüm ki, heç kәs gülmür.
                – Sinyorina, siz yeri boşaltmalısınız, – bu dәfә qoca sәsini
            qaldırıb hökmlә dillәndi.
                Eyni vaxtda Pina da ötkәm sәslә qışqırdı:
                – Maurisio!
                Maurisio mәnәm. Bilә-bilә ki Pina haqlı deyil, – lap haqlı
            olsaydı da, mәcbur idim ki, yaşlı adamın ziddinә gedib
            hәyasızlıq edim – mәn candәrdi qocaya yaxınlaşıb, ölgün
            sәslә dedim:
                – Qulaq asın, sizә mәslәhәt görürәm ki, tәkid etmәyәsiniz.
                Kişi tәәccüblә üzümә baxdı, başını bulayıb dedi:


             400
   395   396   397   398   399   400   401   402   403   404   405