Page 401 - alberto moravia_Макет 1
P. 401
Alınan iş deyil
– Neylәmәk olar… Görünür, dünyada tәrbiyәli adam
qalmayıb…
Bunu deyib qızına sarı döndü.
Yan-yörәmizdәn narazı sәslәr eşidildi. Kimsә dedi:
– Әcәb işdir… qoca adamla çәnәlәşmәk… Heç olmasa,
yaşına baxsınlar.
– Sinyorina, buyurun әylәşin, – hansısa cavan oğlan ayağa
qalxıb qıza yer verdi vә mәnә tәnә ilә baxdı.
Heç nә demәdim, amma hiddәtdәn alışıb-yanırdım. Belә
baxanda, bu vәziyyәtdә öz qanacağını göstәrmiş cavana yox,
daha çox Pinaya hirsliydim. Belәcә, sәrnişinlәrin tәnә dolu
baxışları altında dilimi dinc qoyub Allahın kömәkliyi ilә, axır
ki, Ostiyaya gәlib çıxdıq.
Sahil küçәsindә Pinaya dedim:
– Nәzәrә al ki, hәyasız rolu mәnim heç dә xoşuma gәlmir…
Hamı bizә nifrәtlә baxırdı, özlәri dә haqlıydılar.
– Onlar mәnim heç vecimә dә deyil! İstәdim, oturdum.
Biz dәniz hamamına yaxınlaşdıq. Aman Allah, burada nә
qәdәr adam vardı! Günәş altında uzanmış çılpaq әndamların
arasından müsibәtlә adladıq: ayaq basmağa yer yox idi.
Xidmәtçi xәbәrdar elәdi ki, hansısa adamlarla bir kabinәdә
yönlәşmәli olacağıq. Pina üz-gözünü turşudub mısmırığını
sallasa da, incәvara, bir söz demәdi. Biz kabinәyә yaxınlaşdıq.
Kabinәni bir ailә tutmuşdu: ikisi dә kök vә yaşlı olan ata-ana
ilә onların iki uşağı – çubuq kimi nazik, arıq, incә, qәşәng qız
vә iyirmiyaşlı qarayanız, yeniyetmә oğlan. Bәxtimizdәn çox
mehriban adam çıxdılar, bizi görcәk bir-birinә aman vermәdәn
dәvәtә başladılar: buyurun, keçin, yerlәşin. Kabinәni kiminlәsә
bölüşәcәyindәn narazı qalan Pinanın cavabı isә sәrt oldu:
– Sizin dәvәtiniz olmadan da yerlәşә bilәrik.
Heyrәtdәn dördünün dә ağzı açıla qaldı.
– Gör bizә necә bir şahzadә tәşrif gәtirib! – qız kinayә ilә
dillәndi.
Pina bir müddәt kabinәdә qaldı, bayıra çıxanda isә içәridәn
qızın çığırtısı eşidildi:
401