Page 396 - alberto moravia_Макет 1
P. 396

Alberto Moravia


                Bir sözlә, mәni әlә salmaqda davam elәdi. O biri iki
            ofisiant da ona qoşulub gülürdü. Fikirlәşdim ki, heç kәsin
            mәnә yazığı gәlmir; hәtta gözlәrim dә doldu.
                Vaxt isә gedir, gecәyarısı yaxınlaşırdı. Ofisiantlar getdilәr:
            әvvәl biri, sonra o biri. Qoffredo piştaxtanı, qәhvәdanı silib
            tәmizlәmәyә başladı; qapı arxasındakı masalar boşalmış, tәkcә
            o iki nәfәr oturub-qalmışdı. Piştaxtanı silәndәn sonra Qoffredo
            bayıra çıxıb stol-stulu içәri daşımağa başladı. Mәn aradan
            sivişib çıxmaq üçün dәhşәt içәrisindә әtrafı gözdәn keçirirdim.
            Amma bilirdim ki, kafenin yalnız bir qapısı var, küçәyә çıxıb
            gözә çarpmadan sivişmәkdәn söhbәt gedә bilmәz. Bu vaxt
            onlar pulu ödәyib ayağa qalxdılar, küçәni keçib üzbәüz sәkidә
            dayandılar. Qoffredo qayıdıb arxa otağa girdi, gödәkcәsini
            soyunub getmәyә hazırlaşdı. Yanımdan ötәrkәn üzümә gülüm-
            sünüb dedi:
                – Canavarın çәngindәsәn.
                Onun qımışmağına cavab vermәyә tәhәrim yox idi.
                İndi kafedә ikimiz qalmışdıq: mәn, bir dә kassanın arxasında
            oturub gündәlik mәdaxili hesablayan kafe sahibi. O, pulları
            mәrmәr piştaxtanın üstünә qoyub iki topaya ayırırdı: iri
            әsginasları bir topaya, xırdaları ayrı topaya. İşlәr pis getmirdi:
            tәkcә elә minlik әsginaslar, yәqin, otuz min lirәdәn az olmazdı.
            Qapının arxasına boylandım: hәmin iki nәfәr hәlә dә qarşı
            sәkidә, evin kölgәsindә durub gözlәyirdilәr.  Yaxınlıqda iki
            polis aşağı-yuxarı gedib-gәlirdi…
                İndi mәn qәrarımı qәbul etmişdim vә özümü inamlı hiss
            edirdim. Әynimdәki ağ iş gödәkcәmi çıxartdım, özümünkünü
            geyinib piştaxtaya yaxınlaşdım ki, sahiblә xudahafizlәşim,
            amma birdәn qәfil hәrәkәtlә bir topa minliyi qapıb, tәlәsik
            qapıya cumdum, bir andaca küçәyә çıxıb qaçmağa başladım,
            arxadan qışqırıq sәslәrini eşitdim: “Oğrunu tutun!  Tutun
            oğrunu!”
                Plan baş tutdu!


             396
   391   392   393   394   395   396   397   398   399   400   401