Page 395 - alberto moravia_Макет 1
P. 395

Təlx ovqat


             Mәn bufetә yaxınlaşıb Qoffredoya pıçıldadım:
             – O, mәni әzişdirmәk istәyir… kafenin bağlanmasını
          gözlәyir... Mәn indi neylәyim?.. Bәlkә, polis çağırım?
             Qoffredo çiyinlәrini çәkdi:
             – Elә bilirsәn, bunun kömәyi olacaq?.. Deyәcәklәr, heç
          sәni tanımırıq. Polis adamı yalnız şübhәyә görә tutmaz.
             O, qәhvәdanın lülәyini burub әlavә elәdi:
             – Bilirsәn sәnә mәslәhәtim nәdir? Çalış, onun ürәyini
          yumşaldasan. Qılığına girib üzr istә.
             Qürurlu olduğumdan üzr istәmәyi qәti xoşlamıram. Amma
          indi qorxu bütün hisslәri üstәlәmişdi. Axırda qәrara gәldim,
          onların masasına yaxınlaşıb bir dәqiqә gözlәdim, sonra yavaşca
          dedim:
             – Bağışlayın mәni…
             – Nә? – o, mәnә nәzәr saldı.
             – Deyirәm ki, bağışlayın… tramvaydakı o hәrәkәtә görә.
             O, üzümә heyrәtlә baxdı:
             – Nә tramvay? Mәn heç sәni tanımıram da! İlk dәfәdi
          görürәm… Hә, bildim, yәqin, qorxursan ki, sәnә çaypulu
          vermәyәk… Narahat olma, çaypulunu alacaqsan, yaxşı ala-
          caqsan.
             Qorxudan dişim bir-birinә dәydi. İndi qәti әmin idim ki,
          onlar mәni gözlәyib dalımca gәlәcәklәr. Yaşadığım Kampitelli
          meydanının yanında o qәdәr xırda küçә var ki, adamı öldürüb
          atarlar, heç kәs dә xәbәr tutmaz.  Adamın boğazını toyuq
          boğazı kimi üzәrlәr, sonra tap görüm necә tapırsan.
             Piştaxtaya yaxınlaşıb Qoffredoya qorxa-qorxa dedim:
             – Bir yerdә çıxarıq, yaxşı? Sәn güclüsәn…
             Amma o, sözümü yarımçıq kәsdi:
             – Hә, mәn güclüyәm, amma sәn maymaqsan… Burada nә
          var ki? İki çırtma alarsan, әlüstü dә cavabını verәrsәn…
          Bәyәm sәn deyildin deyәn ki, gözünün odunu almısan?


                                                              395
   390   391   392   393   394   395   396   397   398   399   400