Page 392 - alberto moravia_Макет 1
P. 392

Alberto Moravia


                Ürәyimi boşaldan kimi yüngüllәşdim. O, birdәn-birә sustalıb
            әl-qol atmağını saxladı, hirslә әlini dişlәyib üzünü göyә tutdu:
                – Ax, әgәr bacarsaydım!
                Mәn bu sözdәn ürәklәndim, yumruqlarımı düyünlәyib
            qışqıra-qışqıra onun üstünә atıldım:
                – Hünәrin varsa, buyur... Qorxaq... Ağciyәr... Baxarıq...
            Vur görәk! Quldur! Hәşәratın biri!
                Axırda bizi araladılar vә mәn geri dönüb baxmadan, hansısa
            şәn mahnını fitlә çala-çala xoşbәxtcәsinә aralanıb getdim.
                Kafedә stolları küçәyә çıxarıb düzәrkәn hadisәni öz bildiyim
            kimi bәzәyib-düzәyib danışmağa başladım. Tipin görkәmini
            tәsvir edib, onu hansı sözlәrlә necә söydüyümü, necә
            qorxutduğumu, axırda, hәqiqәtәn, tәpәsinә qapaz ilişdirmәk
            istәdiyimi söylәdim. Amma orasını demәdim ki, hәmin vaxt
            beş-altı nәfәr әl-qolunu tutub, onu zorla saxlamışdı. Әlbәttә
            ki, hәmişә olduğutәk, yoldaşlarım yenә mәnә inanmadı. Bufetçi
            Qoffredo dedi:
                – Yaman lovğasan ha, qardaş… Sәn heç özünә bircә dәfә
            güzgüdә baxmısan?
                – Hamısı doğrudur, – dedim. – Haqqında nә düşündüyümü,
            ürәyimdәkilәrin hamısını mәn o zırramanın düz sifәtinә
            söylәdim, o da uddu.
                Ovqatım әcәb yaxşıydı, içim yüngüllәşmişdi, bu sәhәr
            hәtta işim dә xoşuma gәlirdi. Mәn tez-tez otağa girib-çıxır vә
            elә rahat yeriyirdim ki, elә bil rәqs edirdim; sifarişlәri cingiltili
            şәn sәslә qışqırırdım. Qoffredo birdәn ciddi şәkildә mәnә
            baxıb soruşdu:
                – Sәnә nolub belә? İçmisәn, nәdir?
                – Hә, bir balaca içmişәm, – yüngülcә piruet edib cavab
            verdim. – Bir qәdәh cecә arağı, bir parç da soyuq pivә.
                Hәr şeydәn mәmnun idim; sәhәrki dava-dalaş mәnә elә
            yaxşı tәsir etmişdi ki, şәn ovqatım axşamacan keçib getmәmişdi.
            Saat on birdә bufetә getdim ki, iki fincan qәhvә götürüm,


             392
   387   388   389   390   391   392   393   394   395   396   397