Page 393 - alberto moravia_Макет 1
P. 393
Təlx ovqat
sonra tәzәdәn bağçaya çıxdım – çıxmaq nәdir, lap elә bil bala
sәrçә kimi uçdum. Xidmәt etdiyim stollar – qapıdan girәndә
soldakılardır, qәhvә gәtirmәk üçün bufetә gedәndә onların
hamısı tutulmuşdu, yalnız biri – әn küncdәki masa boş idi.
Amma indi baxdım ki, hәmin masanın arxasında oturan var.
İki fincan qәhvәni verib, dәrhal ora yaxınlaşdım. Salfeti iki
dәfә masaya çәkib soruşdum:
– Sinyorlar nә buyuracaq?
Masa arxasındakı adam yalnız bu vaxt gözlәrini qaldırıb
baxdı.
Onu görәndә nәfәsim kәsildi: bu, o idi!
Mәnә istehza ilә baxırdı, böyründә özünә bәnzәr, mulat
kimi qapqara birisi dә oturmuşdu: saçları çallaşmış, gözlәrinә
qan sızmışdı.
– Bax ha, bax gör kiminlә rastlaşmışıq, – kepkası peysәrinә
sürüşmüş düşmәnim dedi. – Sinyorlar iki şüşә pivә istәyir.
– İki şüşә pivә, – mәn zorla nәfәs alıb tәkrarladım.
– Amma soyuq olsun, – o dedi.
Vә başlanğıc üçün ayağımı elә bәrk basdı ki, ağrıdan
kәnara sıçradım. Amma elә karıxmışdım ki, özümü qorumağa
heç cәhd dә göstәrmәdim, hәm dә qorxu bütün hisslәrimi
keyitmişdi. Bu arada o, әtrafa boylanıb әlavә elәdi:
– Pis yer deyil… Pәhlәvan, çox işlәmәk lazım gәlir?
– Baxır nә vaxt. Cürbәcür olur.
– Bilmәk pis olmazdı, bәs işi haçan qurtarırsan?
– Saat on ikidә.
– Әla, demәli, hәlә bir saatımız var… Biz hәrәyә iki şüşә
pivә içәrik, sonra çaypulu alarsan.
Mәn heç nә demәyib bufetә qayıtdım. Qәhvәqaynadanın
yanında vurnuxan Qoffredo üzümә ötәri nәzәr salsa da,
ovqatımın dәyişdiyini dәrhal hiss etdi. Mәn öz sәsimә oxşamayan
nә cürsә nazik sәslә:
– İki şüşә pivә, – deyib yıxılmamaq üçün piştaxtaya dirsәk -
lәn dim.
393