Page 390 - alberto moravia_Макет 1
P. 390

Alberto Moravia


                Hә, bax belә sәhәrlәrin birindә, sirokko bıçaq kimi sümüyә
            işlәyәndә mәn evdәn cinni çıxmışdım. Nәyә görәsә qulaqlarımda
            eyni ifadә vızıldayırdı: “Әgәr sәn elә bu dәqiqә buradan rәdd
            olub getmәsәn, qapazı tәpәnә ilişdirәcәm”. Görәsәn, bu ifadәni
            harada eşidә bilәrdim? Sirri-xudadır… Kim bilir, bәlkә, onu
            sirokko mәnim qulağıma yuxuda pıçıldamışdı? Dayanacağa
            qәdәr gәldiyim yolda vә bizim kafenin yaxınlığındakı Fyume
            meydanına getmәk üçün tramvaya minәnәcәn,  Allah bilir,
            mәn bu ifadәni müxtәlif ahәnglәrdә neçә dәfә tәkrarlamışdım…
                Tramvay ağzınacan dolu idi; erkәn olmasına baxmayaraq,
            havada dәhşәtli bürkü-boğanaq vardı. Neylәyәcәyimi bilmirdim,
            bekarçılıqdı: dişlәrimi bәrk-bәrk qıcayıb qәsdәn düz keçiddә
            dayandım. Bu vaxt mәni hәr tәrәfdәn itәlәmәyә başladılar,
            sanki dirsәklәri işә salmadan irәli keçmәk mümkün deyildi.
            Tibr sahiliylә ağır-ağır irәlilәyәn tramvay Flaminio meydanını
            arxada qoydu, Muro Tortonun yanından ötüb, Fyume meydanına
            yaxınlaşanda mәn çıxışa tәrәf hәrәkәt elәdim.
                Hәtta sirokko әsmәyәn günlәrdә dә mәni özümdәn çıxaran
            bir şey var – bu, tramvayda adamların dil-boğaza qoymadan
            bir-birindәn “Siz düşürsünüz?.. Bağışlayın, siz düşürsünüz?”
            soruşmasıdır. Mәncә, dünyada bundan sarsaq, bundan namünasib
            sual ola bilmәz. Sizdәn belә bir şey soruşsalar, özünüzü necә
            hiss edәrdiniz: “Bağışlayın, arvadınız sizә buynuz qoşmayıb
            ki?”
                Heç bilmirәm, onlara belә cavab vermәk üçün mәn nәlәrdәn
            keçmәzdim: “Düşürәm, ya düşmürәm – bunun sizә heç bir
            dәxli yoxdur!”
                Bu sәhәr tramvayda yenә hәmişәki kimi hamı itәlәşirdi;
            dayanacağa çatanda arxadan kiminsә sәsi mәni cin atına
            mindirdi: “Hә, pәhlәvan, sәn düşürsәn?”
                Ofisiantların da mәnliyi var. Onsuz da, ovqatım tәlx idi,
            bu yandan da heysiyyәtimi tәhqir edirdilәr: mәnә “sәn” deyir,
            üstәlik, “pәhlәvan” adlandırıb әlә salırdılar. Soruşanın hansısa


             390
   385   386   387   388   389   390   391   392   393   394   395