Page 405 - alberto moravia_Макет 1
P. 405

Alınan iş deyil


             Birazdan kabinәyә qayıdıb paltarımı geyindim, qonşulara
          dedim ki, getdiyimi Pinaya çatdırsınlar vә pulu ödәyib
          uzaqlaşdım.
             Sәbәbini heç özüm dә bilmәdәn Ostiyada bir az da
          veyillәndim. Kim bilir, bәlkә, Pinaya rast gәlmәk ümidiylә.
          Sonra stansiyaya gәldim, qәlәbәlikdә birtәhәr özümü vaqona
          sala bildim. İçәri adamla doluydu, mәn özümә küncdә yer
          elәdim, artıq bütün yolu ayaq üstdә gedәcәyimlә barışmışdım.
          Birdәn camaatın arasında Pinanın sәsini eşitdim:
             – Mәn buna heç tüpürmәk dә istәmirәm!
             – Sinyorina, bu yeri mәn tutmuşdum, hamı da görüb,
          burada mәnim çantam vardı.
             – İndi isә buradakı mәnim dalımdır.
             – Hәyasız köntöy!
             – Köntöydәn eşidirәm.
             – Kәsәsi, qalxın… elә bu dәqiqә!
             – Maurisio!
             Bu yığnaqda Pina hәr necә olsa mәni görmüşdü, dәrhal da
          çağırmışdı ki, onun bu sırtıq hәrәkәtinә dәstәk verim.
          Yaxınlaşmaq istәmirdim, amma nәsә mәni maqnit kimi çәkirdi.
          Durduğum küncdәn çıxıb ora yaxınlaşdım. Bu dәfә Pinanın
          mübahisә etdiyi podaqradan әziyyәt çәkәn ziyalı görünüşlü
          ahıl bir qadın, başına kepka qoymuş ağsaç bir xanım idi. Mәn
          mümkün qәdәr mülayim sәslә dedim:
             – Sinyora, mәslәhәt görürәm ki, tәkid etmәyәsiniz.
             – Siz kimsiniz belә?
             – Sinyorinanın adaxlısı.
             Ardı isә gözlәnilәn qayda üzrә davam etdi: kimsә qalxıb
          sinyoraya yer verdi vә hamı mәnә çәpәki nәzәrlәrlә baxmağa
          başladı. Pina isә yerindәcә oturub-qaldı.  Amma bilirsiniz,
          yaşlı sinyora әylәşәrkәn mәnә nә dedi:
             – Hә, demәli, adaxlısan?.. Zavallı… Sizin halınıza cani-
          dildәn acıyıram.
             Vә o, haqlı idi.




                                                              405
   400   401   402   403   404   405   406   407   408   409   410