Page 408 - alberto moravia_Макет 1
P. 408
Alberto Moravia
– Sinyorinalar icazә verәrmi onları kinoya dәvәt edәk?
Qaraşın qız sәrt şәkildә geri dönür.
– Yox, sağ olun, biz adam gözlәyirik.
– Kimi gözlәyirsiniz? Olmaya sevgililәrinizi? – kinayә ilә
soruşuram.
Qız mәnә saymazyana cavab verir:
– Niyә dә yox? Siz inanmırsınız ki, bizim sevgilimiz ola
bilәr?
– Heç kәs elә söz demir, – cavab verirәm, – әgәr toyuq
qaqqıldayırsa, demәli, yumurtlayıb.
– Sözünüzdәn belә çıxır ki, biz toyuğuq?
– Әlbәttә.
– Demәli, onda siz dә xoruzsunuz?
– Belә çıxır.
– Siz sarıdimdik cücәlәrsiniz, – qız yumurtadan çıxmamış
cücә sәsiylә deyir.
– Bu nәdi, bizi әlә salmaq fikrinә düşmüsünüz?
– Bunu heç ağlımıza da gәtirmirik, – o, qәfildәn qәrara
gәlib, qәti cavab verir. – Әksinә, әgәr bizi kinoya dәvәt etmәk
istәyirsinizsә, lap yaxşı. Biz razıyıq.
Bunu deyәndәn sonra hәr iki әliylә әtәyinin qıraqlarından
tutub yüngül bir reverans edir: yәni ki, buyurun, dәvәt edin
bizi!
Karıxıb qaldım. Susqunluq buzunu әridib, aranı açmaq
üçün bu kino söhbәtini mәn özüm salmışdım. Amma cibimizdә
nәinki bu qızlardan ötrü, heç özümüzçün dә bilet almağa
pulumuz yox idi.
Axırda belә cavab verirәm:
– Düzünü deyim ki, bizim kinoya pulumuz yoxdu. Bunu
elә-belә dedim, sözgәlişi.
Qaraşın qız gülmәyә başladı; ağzında iki cәrgә qәşәng,
ağappaq dişlәri görsәndi.
– Biz bunu çoxdan başa düşmüşdük!
408