Page 409 - alberto moravia_Макет 1
P. 409

Püşk


             Bu vaxt sarışın qız rәfiqәsinin qulağına nәsә pıçıldadı.
          Amma o, mәni açıq-saçıq baxışlarla süzә-süzә çiyinlәrini
          çәkdi. Sonra da belә dedi:
             – Eybi yox. Biz sizi pulsuz da bәyәnirik. Kinoya getmәk
          vacib deyil. Bәlkә, bir az gәzişәk?
             – Mәmnuniyyәtlә.
             Vә biz afişaların yanından aralanıb, San-Paolo darvazalarının
          arxasındakı boş küçәyә çıxdıq, hasar uzunu üzüaşağı addımladıq.
          Qaraşın qız qabaqda gedirdi, biz dә böyür-başında vurnuxur,
          çalışırdıq yanından әskik olmayaq. Çünki qızın dördümüzün
          dә xoşuna gәldiyini mәn dәrhal sezmişdim. Sarışın qız isә,
          qaşlarını çatıb arxada tәkbaşına gәlirdi. Qaraşın qız naz-qәmzә
          sata-sata bizimlә zarafatlaşırdı; yeridikcә qırmızı әtәyi hәr
          addımda bayraqtәk yellәnirdi. Bir-birimizin sözünü kәsә-kәsә
          dördümüz dә onunla mәzәlәnib qılığına girmәk istәyirdik,
          sarışınla isә kәlmә kәsәn yox idi. Dediyim kimi, qaraşın qız
          yamanca ürәyimә yatmışdı, amma o biri üç nәfәr hәr addımda
          mәnә mane olurdu. Onlar üçü dә ağına-bozuna baxmadan
          özlәrini irәli dürtüb qızın nazıyla oynayır, bu isә mәni dәhşәtli
          dәrәcәdә qıcıqlandırırdı. Tutaq ki, mәn qızın qolundan yapışıram,
          görürsәn o dәqiqә Remo, Ettore, yaxud Luici keçib o üzdәn
          qoluna girdi; elә ki qızın sifәtinә baxıram – onlardan hansısa
          tez qabağa qaçıb gözünü qızın gözünә zillәyir; qıza kompliment
          deyirәm – cәld özlәrini yetirib qulaqlarını şәklәyirlәr. Axırda
          sәbir kasam doldu, aramızda әn pintimiz olan Luiciyә bozardım:
             – Әl çәksәnә ondan… Sәn axı niyә dә gedib Elizaya
          qoşulmayasan?
             Eliza ağzındakı ot saplağını çeynәyә-çeynәyә kirimişcә
          bir az qıraqda gәlirdi. Qaraşın qız bunu görәndә gülә-gülә
          dedi:
             – Doğrudan ey, siz Elizanı tәk qoymusuz ki.
             – Mәnim dәstәyә-filana ehtiyacım yoxdur, – Eliza acıqlı-
          acıqlı dillәndi. – Mәnimçün elә tәk dә yaxşıdır.


                                                              409
   404   405   406   407   408   409   410   411   412   413   414