Page 414 - alberto moravia_Макет 1
P. 414

CİNNİ


                İyul sәhәrlәrinin birindә, Melotso da Forli meydanındakı
            suyu qurumuş fәvvarәnin yanında, evkalipt ağaclarının
            kölgәliyindә mürgülәyәrkәn iki kişiylә bir qız mәnә yaxınlaşıb,
            onları Lido di Lavinyoya aparmağımı xahiş etdilәr. Gediş
            haqqının qiymәtini danışdığımız müddәtdә imkan tapıb
            müştәrilәri diqqәtlә gözdәn keçirtdim: kişilәrdәn biri kürәn,
            ucaboy vә cantaraqdı; solğun bәnizi boz torpağa, dәrindә
            gizlәnmiş gözlәrinin rәngi mavi sәmaya çalırdı.  Tısbağa
            sağanaqlı eynәk taxmış arıq vә nәsә bivec görünәn ikinci kişi
            ondan cavan, hәm dә qarabuğdayı idi; çox güman ki, tәlәbәydi.
            Dalğalı saçları hәr iki tәrәfdәn sәrt vә uzunsov sifәtinә tökülmüş
            ağbәniz qız isә çәlimsiz idi; sısqa bәdәni yaşıl paltarın içindә
            elә arıq görsәnirdi ki, lap ilana bәnzәyirdi. Amma dodaqları
            moruq kimi әtli vә qırmızı idi, gözlәri dә yaş kömür parçasıtәk
            qara vә qәşәng; üstәlik, mәni elә işvәkar baxışla süzürdü ki,
            sövdәlәşmәkdәn vaz keçmәyә qәrar verdim.
                Belәcә, maşına әylәşdilәr. Kürәn kişi keçib mәnim yanımda
            oturdu, o biri ikisi isә arxada. Tәrpәndik.
                San-Paolo kilsәsinin arxasındakı küçәyә çıxmaq üçün mәn
            bütün Romanı çәpinә keçmәli oldum, çünki bu,  Ansioya
            aparan әn kәsә yol idi. Yolüstü benzin doldurub, sürәti bir az
            da artırdım. Hesablamışdım ki, mәsafә tәxminәn әlli kilometr
            olacaq: indi saat onun yarısıydı, demәli, saat on bir üçün –
            çimmәyin әsl vaxtında çata bilәrdik. Qız xoşuma gәlmişdi,
            tanış olub girişmәk istәyirdim. Müştәrilәrim çox da vacib
            zatlar deyildi. Lәhcәlәrindәn kişilәri әcnәbi saymaq olardı;
            ola bilsin, Roma yaxınlığındakı koloniyalarda yaşayan
            qaçqınlardan idilәr. Qız isә, әksinә, tipik italyan qızı, üstәlik,
            romalıydı. Amma varlı romalılardan deyildi: yәqin, ya qulluqçu
            işlәyirdi, ya paltarütülәyәn, ya da bu sayaq başqa bir peşәnin
            sahibi idi. Bütün bunları düşünә-düşünә, hәm dә qarabuğdayı

             414
   409   410   411   412   413   414   415   416   417   418   419