Page 416 - alberto moravia_Макет 1
P. 416

Alberto Moravia


                – Pina, mәn burada gülmәli bir şey görmürәm.
                Maşını yerindәn tәrpәtdim vә biz tәzәdәn yola düşdük.
                Hava bürkülü vә külәksiz idi, yolun bәyazlığı adamın
            gözünü qamaşdırırdı. Arxada oturanların gülüb-danışmaqdan
            başqa işlәri yox idi, amma sonra qәfildәn sәslәrini kәsib
            kiridilәr, bu isә lap betәr idi, çünki mәn kürәn kişinin qabaq
            şüşәnin üzәrindәki güzgüyә baxıb burnunu tәzәdәn necә
            qırışdırdığını gördüm – sanki nәsә xoşagәlmәz bir şey görmüşdü.
                İndi yolun bir tәrәfindә quru, çılpaq sahә uzanıb gedirdi, o
            biri tәrәf isә qalın fızıllıq idi. Mәn ovun qadağan edilmәsinә
            dair elanın asıldığı dirәyin yanında sürәti azaldıb әyri-üyrü
            cığıra buruldum. Qışda hәrdәn buralıqda ov edirdim. Hәqiqәtәn,
            gözdәniraq, lal-kar yerdir, yolu tanımasan, heç gәlib tapa da
            bilmәzsәn. Kolluğun axırında şam meşәliyi başlayırdı, meşәnin
            arxasında isә dәniz vә çimәrlik vardı. Haçansa müttәfiq
            qoşunları Ansioya çıxarılarkәn amerikanlar bu meşәdә sәngәr
            qazmışdılar; köhnә tranşeylәrin adda-budda qalıqlarına, gilizlәrә,
            paslı konserv bankalarına indi dә rast gәlmәk olurdu. Camaat
            buralara az gәlirdi, çünki minadan qorxurdular.
                Gün adamın gözünü deşirdi, xırda yarpaqlarla örtülmüş
            kolluq isә dәnizin işığında başdan-başa zümrüd rәngindә
            görsәnirdi. Cığır әvvәlcә düzünә gedirdi, sonra talaya burulur
            vә tәzәdәn meşәyә girirdi. İndi qarşımızdakı hündür şam
            ağaclarının mehdәn yırğalanan yaşıl ucları sanki sәmada
            üzürdü, işıqlanan qırmızı gövdәlәrin arasından isә parıltısı
            gözqamaşdıran gömgöy dәniz görsәnirdi. Maşını asta sürürdüm,
            çünki qalın kolluğun, sıx budaqların ucbatından yolu pis
            seçirdim, hәm dә çala-çuxura düşüb ressoru sındıracağımdan
            qorxurdum. Bütün diqqәtimi cәmlәyib irәli baxırdım, fikrim-
            zikrim yalnız yolda idi. Birdәn yanımda oturmuş kürәn bütün
            gövdәsiylә üstümә yıxılıb mәni böyrümdәn elә bәrk itәlәdi ki,
            az qala, pәncәrәdәn uçacaqdım.
                – Lәnәtә gәlәsәn! – mәn çığırıb var gücümlә әylәci basdım.


             416
   411   412   413   414   415   416   417   418   419   420   421