Page 417 - alberto moravia_Макет 1
P. 417
Cinni
Hәmin andaca arxamda şaqqıltı eşidildi vә qabaq şüşәyә
düşәn xırda, nazik, şüavari çatların tәn ortasında güllәnin
açdığı yumru oyuğu görәndә heyrәtdәn ağzım açıla qaldı.
Damarlarımda qanım dondu.
– Öldürürlәr! Öldürürlәr!
Mәn qışqırıb kabinәdәn yerә atılmaq istәdim, amma arxa
tәrәfimdә atәş açan qarabuğdayı cavan lülәni kürәyimә dirәyib
çımxırdı:
– Yerindәn tәrpәnmә!
– Nә istәyirsiz mәndәn? – tәzәdәn yerimә oturub soruşdum:
– Әgәr bu sarsaq sәni kәnara itәlәmәsәydi, indi bunu sәnә
izah etmәyә ehtiyac qalmazdı, – qarabuğdayı hәrif cavab
verdi. – Bizә sәnin maşının lazımdır.
– Mәn sarsaq-filan deyilәm, – kürәn mızıldandı.
– Sarsaq deyilsәn, bәs nәsәn? – arxadakı hirsli-hirsli
çığırdı. – Bәyәm belә danışmamışdıq ki, mәn atәş açacam?
Sәn niyә әliuzunluq elәdin?
Kürәn razılaşmadı:
– Biz danışmışdıq ki, sәn Pinanı dinc qoyacaqsan…
Әliuzunluğu sәn elәdin.
Qız bunu eşidәndә qәhqәhә çәkdi:
– İndi bizim işimiz bitdi.
– Niyә?
– Necә niyә? İndi o, Romaya qayıdıb bizi satacaq.
– Yaxşı da elәyәcәk, – kürәn cibindәn siqaret çıxarıb
çәkmәyә başladı.
– Yaxşı, bәs indi neylәyәk? – qarabuğdayı cavan, qıza
tәrәf dönüb tәrәddüdlә soruşdu.
Gözümü qaldırıb güzgüyә baxdım, gördüm maşının küncünә
qısılıb oturmuş qız baş vә şәhadәt barmaqlarını tapança kimi
tutub mәni nişan alır: yәni bitir bunun işini, çıx axırına!
Damarımda qanım dondu, amma qarabuğdayı cavanın qıza
tam ciddiyyәtlә nә dediyini eşidәn kimi ürәyim tәzәdәn yerinә
gәldi, özümü rahat hiss elәdim.
417