Page 422 - alberto moravia_Макет 1
P. 422
ÇÜRÜKÇÜLÜK ELӘMӘ
Anyeze mәni xәbәrdar edә bilәrdi, әvәzindә isә evdәn
biryolluq baş götürüb getdi. Özü dә sağollaşmadan, bircә
kәlmә sözlә xudahafizlәşmәdәn.
Özümü heç dә әvәzsiz saymıram, әgәr nәdәn narazı
olduğunu izah elәsәydi, biz bu mәsәlәni müzakirә edә bilәrdik.
Amma yox ki, yox: evlilik hәyatımızın iki ili әrzindә dilindәn
kәlmә çıxmadı. Vә indi birdәn-birә durub gedib; özünә daha
yaxşı yer axtaran qulluqçu kimi, gözәl sәhәrlәrin birindә
yoxluğumdan istifadә edәrәk xәlvәtcә aradan çıxıb. Niyәsini
bilmirәm, üstündәn altı ay keçmәsinә baxmayaraq, mәni atıb
getmәsinin sәbәbini indiyәcәn dә başa düşmürәm.
Hәmin sәhәr mәn rayonumuzun kiçik bazarından lazım
olan hәr şeyi almışdım. Xoşlayıram ki, bazarlığı özüm elәyim:
çünki qiymәtlәrdәn başım çıxır, mәndәn nә tәlәb olunduğunu
bilirәm, sövdәlәşmәyi, çәnә-boğaz olmağı, seçdiyim malı
dadmağı, әllәşdirmәyi sevirәm; bifşteksin hansı cәmdәkdәn,
almanın hansı sәbәtdәn olmasını mütlәq gözümlә görmәliyәm.
Әrzağı evә aparıb tәzәdәn küçәyә çıxmışdım ki, yemәk
otağındakı portyer üçün metrә yarımlıq saçaq alım. Via del
Umiltadakı balaca dükanda mәnә gәrәk olan şeylәri seçmәzdәn
qabaq müәyyәn mәblәğdәn artığını sәrf etmәmәk üçün әvvәlcә
bir neçә mağazaya baş çәkmişdim. Evә qayıdanda saat on
ikiyә iyirmi dәqiqә işlәyirdi. Saçağın rәngini portyerlә
tutuşdurmaq üçün yemәk otağına girәndә masanın üzәrindәki
mürәkkәbqabıyla qәlәm-kağız gözümә dәrhal sataşdı. Düzünü
desәm, gözümә birinci sataşan xalçavarı süfrәnin üzәrindәki
mürәkkәb lәkәsi oldu: fikirlәşdim ki, bu pinti yenә süfrәni
bulaşdırıb.
Mürәkkәbqabını, qәlәm-kağızı masanın üzәrindәn
yığışdırdım, süfrәni çıxarıb mәtbәxә apardım, lәkәsini limonla
yaxşı-yaxşı sürtüb yudum. Sonra yemәk otağına qayıdıb onu
422