Page 423 - alberto moravia_Макет 1
P. 423
Çürükçülük eləmə
tәzәdәn masanın üstünә saldım vә yalnız bu vaxt mәktub
yadıma düşdü. Birbaşa mәnә ünvanlanmışdı: “Alfredoya”.
Açıb oxudum: “Otaqları yığışdırdım. Özünә nahar yemәyi
hazırla, sәn bunu әla bacarırsan. Әlvida. Mәn anamın yanına
qayıdıram. Anyeze”.
İlk anda beynimә sadәcә heç nә batmadı. Sonra mәktubu
tәzәdәn oxudum, axırda başa düşdüm: Anyeze hәmişәlik gedib,
ikiillik ailә hәyatımızdan sonra o, mәni tәrk edib.
Mәktubu aparıb qәbzlәri, bütün korrespondensiyanı yığmağa
vәrdiş elәdiyim bufetin siyirmәsinә qoydum, sonra pәncәrәnin
böyründәki kiçik kresloda oturdum. Nә barәdә düşünәcәyim
heç cür ağlıma batmırdı; axı belә şeyin olacağını qәtiyyәn
gözlәmirdim; buna inanmağı sadәcә bacarmır, baş verәni
beynimә heç cür sığışdıra bilmirdim. Belәcә, gözlәrimi yerә
dikib oturmuşdum ki, birdәn döşәmәdә balaca, ağ bir lәlәk
gördüm. Heç şübhәsiz, Anyeze tozunu çırpanda süpürgәdәn
qopub düşmüşdü. Tez durub onu döşәmәdәn götürdüm,
pәncәrәni açıb küçәyә tulladım. Sonra şlyapamı başıma qoyub
evdәn çıxdım.
Sәkiylә addımlayarkәn vә adәtim üzrә, ayağımı daş plitәnin
birindәn götürüb o birinin üstünә qoyduqca özümdәn soruşmağa
başladım: axı mәnim Anyezeyә nә pisliyim keçә bilәrdi? Nә
sәbәbdәn mәni bu cür xәtrә dәyәsi bir tәrzdә atıb getdi? Niyә
bunu tәhqiramiz şәkildә etdi? Hәr şeydәn әvvәl cavabını
bilmәk istәdiyim sual bu idi: Anyezenin irad tutmağa, mәni
hansısa xәyanәtdә suçlamağa haqqı çatırmı? Lap olsun әn
xırda xәyanәt. Dәrhal da cavab verdim: yox! Mәn heç vaxt
qadınlarla xüsusi maraqlanmamışam, çünki mәn onları başa
düşmürәm, onlar da mәni. Evlәndiyim gündәn isә, belә demәk
olar ki, qadınlar mәnim gözümdә öz mövcudluqlarını büsbütün
itiriblәr. O dәrәcәdә ki, hәtta Anyeze özü dә hәrdәn “Әgәr
indi başqa bir qadına aşiq olsaydın, necә hәrәkәt edәrdin?”
soruşmaqla mәni qıcıqlandırırdı. Cavab verirdim ki, bu,
423