Page 426 - alberto moravia_Макет 1
P. 426

Alberto Moravia


                Adәtәn, әrlәr ya haradasa xidmәt edir, ya da ticarәtlә
            mәşğul olurlar; başqa mәşğuliyyәtlәri yoxdusa, onda dostlarla
            gәzmәyi xoşlayırlar. Mәnsә Anyezeni bir dәqiqә dә tәk qoy-
            murdum; hәmişә onun yanındaydım, hәtta biş-düş elәyәndә
            dә böyrünü kәsdirib dururdum. Ola bilsin, bu, sizi
            tәәccüblәndirәcәk, ancaq sizә deyim ki, mәnim biş-düşә xüsusi
            azarım var, odur ki, hәr gün naharöncәsi önlüyü taxıb mәtbәxdә
            ona kömәk edirdim. Hәr işә, az da olsa, әl yetirirdim: kartof
            tәmizlәyir, noxudu arıtlayır, әti döyüb hazırlayır, pilәtәnin
            üstündәki qazanlara göz qoyurdum. Elә yaxşı kömәk elәyirdim
            ki, Anyeze tez-tez deyirdi:
                – Bilirsәn nәdi… götür hamısını özün elә… başım ağrıyır,
            gedim bir az uzanım.
                Belәcә, mәn naharı tәkbaşına hazırlayırdım; kulinariya
            kitabının kömәyi ilә hәtta yeni yemәk növlәrini dә sınaqdan
            keçirirdim. Heyif ki, Anyezenin yemәyә xüsusi meyli yox idi,
            axır vaxtlar isә iştahası tamamilә küsmüşdü, nimçәdәki xörәyә,
            demәk olar ki, heç toxunmurdu da. Bir dәfә guya zarafata
            salıb dedi:
                – Sәhvәn kişi doğulmusan, sәn ağıllı-başlı qadınsan, özü
            dә evdar qadın...
                Boynuma alım ki, bu sözlәrdә müәyyәn hәqiqәt var: biş-
            düşdәn başqa, mәn paltar yumağı da xoşlayıram, ütülәmәyi,
            tikmәyi, asudә vaxtlarda hәtta dәrziliyi dә.
                Dediyim kimi, Anyezedәn bir addım aralı durmurdum –
            hәtta anası, yaxud rәfiqәlәrindәn kimsә yanına gәlәndә dә.
            Bilmirәm, bir dәfә neyçünsә başına vurmuşdu ki, bәs ingilis
            dili dәrslәrinә getsin. Onda mәn yalnız ondan ötrü ki, Anyezenin
            yanında olum, özüm dә bu çәtin dili öyrәnmәyә girişmişdim.
                Anyezeyә o dәrәcәdә bağlanmışdım ki, hәrdәn bu, lap
            gülmәli görsәnirdi. Tәsәvvür edin ki, bir dәfә kafedә mәnә as-
            tadan nәsә dediyini yaxşı eşitmәdiyim üçün durub dalınca düz
            tualetә getmişdim; xidmәtçi qarşımı kәsib izah elәmişdi ki,
            bәs bu tualet qadınlar üçündür vә mәnә ora girmәk olmaz.

             426
   421   422   423   424   425   426   427   428   429   430   431