Page 430 - alberto moravia_Макет 1
P. 430
UCADAN SӘSLӘNӘN FİKİRLӘR
Tibrin sağ sahilindәki “Marforio”da – bu tipik Roma
restoranında mәnimçün әvvәlcә hәr şey yaxşı gedirdi. Başım
dәniz qırağında rast gәlinәn balıqqulağı kimi boş vә uğultuluydu:
onun içәrisindә yaşayan ilbiz çoxdan ölmüşdü. Vә müştәrilәr
mәnә “souslu spagetti” sifariş verәndә beynimdә әks-sәda
verәn yalnız “souslu spagetti” sözlәri olurdu, “ingilissayağı
biskvit” buyuranda isә yalnız “ingilissayağı biskvit”, vәssalam.
Yәni yalnız qulağıma çatan sözlәr, özgә heç nә. Ümumiyyәtlә,
mәn heç nәyin barәsindә düşünmürdüm. Әsl ofisiant,
anadangәlmә xörәkpaylayan idim – zahirәn dә, daxilәn dә. O
dәrәcәdә ki, gecәlәr yatmazdan qabaq gün әrzindә masalara
payladığım hәr cür souslu spagettilәr, ingilis biskvitlәri baş-
beynimdә cingildәyirdi.
Başımın boş olduğunu dilә gәtirdim, әslindә isә, başım
dağ göllәrindәki su kimi buz bağlayıb; donuqdu. Yazda günәşin
ilıq şәfәqlәri altında buz tәzәdәn suya çevrilir, gözәl sәhәrlәrin
birindә hәmin su lәpәlәnmәyә, külәkli havalarda isә qәfil
coşmağa başlayır.
Bir sözlә, başım boşdu, ya donuq – bunun dәxli yoxdu;
istәnilәn halda, mәn nümunәvi ofisiant idim. Bir axşam hәtta
restoranda bir qız öz kavalerinә haqqımda belә demişdi:
– Bir buna bax, sifәti әsl ofisiant sifәtidir! Belәsi ofisantdan
başqa heç kim ola bilmәz… Ofisant doğulub, ofisiant da
ölәcәk.
Amma ofisant sifәtinin nә demәk olduğunu kim bilir?
Bәlkә, bu, müştәrilәrә xoş gәlәn sifәtdir? Özlәrinin xüsusi
“müştәri sifәtinә” malik olmaları gәrәk deyil, axı onlara heç
kimә yarınmaq lazım gәlmir. Ofisiant isә, әgәr ofisiant kimi
qalmaq istәyirsә, onda gәrәk xüsusi sifәti olsun: ofisiant sifәti!
Nә isә. Bütün ilboyu özgә heç nә barәdә düşünmәdim,
yalnız müştәrilәrin sifarişlәrini yerinә yetirdim. Hәtta hansısa
430