Page 428 - alberto moravia_Макет 1
P. 428
Alberto Moravia
Atam bir qәdәr tәrәddüdlә soruşdu:
– Bәs özün bilmirsәn?
– Yox, – dedim.
Bir müddәt dinmәdi, sonra tәzәdәn köks ötürüb dedi:
– Alfredo, mәn buna çox tәәssüflәnirәm, intәhası, heç
bilmirәm nә deyim… Sәn mәnim oğlumsan, mәn sәnә әl
tuturam, dolanışığına kömәk edirәm, özüm dә xәtrini çox
istәyirәm… amma arvadın haqqında sәn özün fikirlәşmәlisәn…
– Axı niyә o, mәni atdı?
Atam başını buladı.
– Sәnin yerindә mәn özüm olsaydım, heç bir sәbәb
axtarmazdım, çürükçülük elәmәzdim… Boş burax… Sәbәbini
bilmәk sәnә belәmi vacibdir?
– Hә, vacibdir, çox vacibdir… Hәr şeydәn vacibdir.
Bu vaxt içәri iki keşiş girdi. Atam qalxıb onların pişvazına
çıxdı vә mәnә dedi:
– Sonra gәlәrsәn… Gәlәrsәn, danışarıq… İndi mәşğulam.
Başa düşәndә ki, ondan nәsә gözlәmәyә dәymәz, çıxıb
getdim.
Anyezenin anası yaxınlıqda yaşayırdı, Viktor-Emmanuil
prospektindә. Fikirlәşdim ki, bu müәmmalı gedişin sәbәbini
mәnә izah edә bilәcәk yeganә adam varsa, o da Anyezenin
özüdür. Vә birbaşa ora yollandım. Pillәkәni qalxıb qonaq
otağına keçdim. Amma Anyezenin әvәzinә mәni qarşılamağa
onun zәhlәmgetmiş anası çıxdı. O da ticarәtlә mәşğuldur;
rәnglәnmiş qara saçları, al-qırmızı yanaqları olan, üzü daim
gülümsәyәn qapalı, adamayovuşmaz vә süni bir qadındır.
Yaxasına qızılgül taxılmış xalatda idi. Mәni görәn kimi yalançı
tәbәssümlә dedi:
– Alfredo?! Nә yaxşı gәlmisәn, gün haradan doğub belә?
– Niyә gәldiyimi siz çox yaxşı bilirsiniz, ana, – cavab
verdim. – Anyeze mәni tәrk edib.
– Anyeze buradadır, oğul, – o, sakitcә dedi. – Neylәmәk
olar? Dünyada belә şeylәr olur.
428