Page 425 - alberto moravia_Макет 1
P. 425

Çürükçülük eləmə


          ki, bu mәsәlәdә Anyeze başqa qadınlardan fәrqlәnir, yaxşı
          geyinmәyә çox da can atmır.
             Belәliklә, maddi vә mәnәvi sәbәblәr aradan qalxır. Bir
          mәsәlә qalır ki, adәtәn, vәkillәr bunu xarakterlәrin uyğunsuzluğu
          adlandırırlar. Amma hansı uyğunsuzluqdan söhbәt gedә bilәr
          ki, iki il әrzindә bizim aramızda bir dәfә dә mübahisә olmayıb?
          Doğru sözümdür: bircә dәfә dә! Biz hәmişә bir yerdә idik vә
          әgәr hansısa uyğunsuzluq mövcud olsaydı, özünü necәsә
          bildirәrdi. Yox, Anyeze heç vaxt mәnә zidd getmirdi; o, demәk
          olar ki, heç danışmırdı da. Hәrdәn kafedә, ya evdә bütün
          axşam boyu ağzını açıb kәlmә kәsmirdi – danışan tәkcә özüm
          olurdum.
             Danmıram, mәn danışmağı, elәcә dә özümә qulaq asmağı
          xoşlayan adamam, xüsusәn dә yaxınlarımla söhbәt zamanı.
          Sәsimin tonu mülayimdir, özü dә astadan, rәvan danışıram.
          Sakit demәzdim, amma axıcı, mühakimәli sәsim var vә hansısa
          mövzuda danışanda onu hәr üzdәn işıqlandırıram. Tәsәrrüfat
          işlәrindәn  danışmağa daha çox üstünlük verirәm: qiymәtlәri
          müzakirә etmәkdәn, mebeli otaqlara necә düzmәkdәn, yemәklәrin
          növündәn, qızdırıcıdan, bir sözlә, hәr cür xırda-para şeylәrdәn
          uzun-uzadı söhbәt açmağı çox xoşlayıram. Belә şeylәrdәn
          danışmaq mәni heç vaxt yormur, әksinә, bundan hәzz alıram.
          Hәrdәn baxıram ki, mövzu bitәndәn sonra bütün mühakimәlәri
          әvvәldәn-axıradәk yenidәn tәkrarlamağa başlamışam. Amma
          açıq danışaq: qadınlarla mәhz belә söhbәtlәr aparmaq lazımdır;
          axı onlarla başqa nә barәdә danışmaq olar? Üstәlik dә, Anyeze
          mәnә hәmişә maraqla qulaq asırdı; әn azından, özümә belә
          gәlirdi ki, sözlәrimi diqqәtlә dinlәyir. Yalnız bir dәfә, vanna
          üçün alacağım elektrik qızdırıcısının quruluşunu izah edәrkәn
          qәfildәn yuxulamışdı. Mәn onu oyadıb soruşmuşdum:
             – Bәyәm sәninçün darıxdırıcıdır?
             – Yox-yox, – tәlәsik demişdi, – sadәcә yorğunam, gecәni
          pis yatmışam.


                                                              425
   420   421   422   423   424   425   426   427   428   429   430