Page 420 - alberto moravia_Макет 1
P. 420

Alberto Moravia


                – Di yaxşı, xudahafiz, – dedim. – Çox çәkmәz, ümid
            edirәm, tezliklә sizi katorqaya göndәrәrlәr.
                Vәssalam. Bunu deyib sükandan yapışdım. Amma birәlli
            yapışmışdım, çünki qız o biri әlimi ovcuna alıb sıxırdı. Kefim
            kökәlmişdi, mәnә әcәb xoş idi; elә xoş idi ki, kişilәr niyә belә
            yumşalmağımın sәbәbini qәfildәn anladılar.
                Yola çıxdım, beş kilometr mәsafәni kәlmә kәsmәdәn
            sürdüm. Qız әlimi ovcunda saxlayıb, hәlә dә sıxmağındaydı
            vә bu, mәnimçün tamamilә kifayәt idi. İndi elә özüm dә
            adamsız, gözdәniraq bir yer axtarırdım, amma mәnim mәqsәdim
            onlarınkından deyildi, başqaydı. Maşını tәzәcә yavaşıdıb
            dәnizin sahilinә aparan yola burulmaq istәyirdim ki, qız әlini
            sükanın üstünә qoyub:
                – Yox, yox, sәn neylәyirsәn? – dedi. – Romaya gedәk.
                – Romaya biz axşam gedәcәyik, – qızın üzünә mәnalı
            tәrzdә baxıb dedim.
                –  Aydındır, – qız eyhamla dillәndi. –  Aydındır, sәn dә
            başqaları kimisәn, sәn dә elә o birilәrin tayısan.
                O, içini yüngülcә çәkә-çәkә ağlamsındı, nәsә süstlәşib
            soyuqlaşdı. Açıq-aşkar görünürdü ki, saxtakarlıq elәyir, yalandan
            şәbәdә çıxardır. Onu qucaqlamağa çalışdım, amma gah sağa,
            gah sola burcuxub, әlimdәn sürüşüb çıxır, öpmәyә heç cür
            qoymurdu. Qanım qaynardır, özüm dә çox çılğınam. Birdәn-
            birә başa düşdüm ki, qız mәnimlә siçan-pişik oynayır vә bu
            lәnәtә gәlmiş sәfәrdә mәn yalnız boş yerә benzin işlәtmişәm,
            vaxt itirmişәm, hәlә, üstәlik, nә qәdәr qorxu keçirmişәm. Onu
            hiddәtlә kәnara itәlәyib dedim:
                – Rәdd ol cәhәnnәmә! Sәnin yerin oradır...
                Qız qәtiyyәn incimәdi, sakitlәşib kabinәnin küncünә qısıldı.
            Mәn sükandan yapışdım, ta Romaya çatana qәdәr kәlmә
            kәsmәdik.
                Şәhәrә çatanda qapını açıb dedim:
                – Di düş görüm, özün dә tez elә, itil buradan.


             420
   415   416   417   418   419   420   421   422   423   424   425