Page 419 - alberto moravia_Макет 1
P. 419
Cinni
– Heç nә istәmirәm, mәnә sizin heç nәyiniz lazım deyil.
Üçünüzü dә birbaşa Recina Çeli hәbsxanasına apararam.
Әdalәt naminә demәliyәm ki, qәti qorxub elәmәdi; o, bәrk
dilxor idi, qanı it qanına dönmüşdü. Yalnız bunu dedi:
– İndi sәni gәbәrdәrәm.
– Hünәrin çatmaz, – dedim. – Özün dә bilirsәn nә var?
Sәn heç kәsi öldürәn deyilsәn… Gör sәnә nә deyirәm: hamınız
barmaqlıq dalında oturmalı olacaqsız. Sәn dә, sәnin bu lәçәr
rәfiqәn dә, o da.
– Demәk belә oldu? – o, sakitcә dillәndi. – Neynәk…
Başa düşdüm ki, belәsiylә zarafatın axırı, hәqiqәtәn, pis
qurtara bilәr, çünki bir addım geri qoyub tapançanı yuxarı
qaldırmışdı. Amma bәxtimdәn qız vaxtında qışqırdı:
– Di bәsdirin görüm, yığışdırın bu şeylәri... Gah pul tәklif
edirsiz, gah tapançayla qorxudursuz… indi görәcәksiz, o, bizi
necә aparacaq.
Bunu deyib qabağa әyildi, barmaqlarıyla qulağımı yüngülcә
qıdıqladı, özü dә elә elәdi ki, kişilәr bunu görmәsin. Әmәlli-
başlı karıxmışdım, axı dediyim kimi, qız xoşuma gәlirdi;
niyәsini heç özüm dә bilmirәm, ancaq әmin idim ki, mәn dә
onun xoşuna gәlirәm. Odur ki, başımı döndәrib әvvәlcә
tapançanı hәlә dә üstümә tuşlayıb duran zırramaya baxdım,
sonra üzündәn tәbәssüm yağan qıza yanakı nәzәr salıb, kömür
qarası gözlәriylә mәni necә süzdüyünü gördüm vә qәti şәkildә
dedim:
– Pulunuz tәpәnizә dәysin! Mәn sizin kimi quldur deyilәm…
Amma Romaya da aparan deyilәm. Aparsam da, tәk onu apara
bilәrәm, necә olsa, qadındır.
Elә düşündüm ki, etiraz edәcәklәr, amma lap mәәttәl
qalmalı işdir: tәsәvvür edin ki, kürәn әlbәәl maşından çıxıb
dodağının altında “yaxşı yol” mızıldandı, qarabuğdayı da
tapançanı aşağı saldı. Qız cәld yerindәn sıçrayıb mәnim
yanıma, kabinәyә keçdi.
419