Page 415 - alberto moravia_Макет 1
P. 415
Cinni
cavanla nәrmә-nazik qızın arxa oturacaqda ucadan danışıb
gülmәlәrinә qulaq asırdım. Qızın qәhqәhәsi lap bәrkdәn
eşidilirdi; mәn onun açıq-saçıqlığına, sәrxoş ilan kimi yerindә
qıvrıldığına elә әvvәldәn fikir vermişdim. Hәr dәfә qәhqәhә
sәslәri maşını başına götürәndә kürәn kişi gündәn qorunmaq
üçün taxdığı qara eynәyin arxasından burnunu qırışdırır, ancaq
heç nә demirdi, heç geriyә dә qanrılmırdı. Hәrçәnd arxada baş
verәnlәri görmәsi üçün başını qaldırıb qabaq şüşәnin üstündәki
güzgüyә baxması da yetәrdi. Biz Trappistini, sonra E-42 za-
vodunu keçib birbaşa Ansioya aparan yolayrıcına yetişdik.
Bura çatanda maşını әylәyib yanımda әylәşәn kürәndәn onları
mәhz hara, hansı yerә aparacağımı soruşdum.
– Elә yerә sürün ki, orada tünlük olmasın, ümumiyyәtlә,
heç kәs olmasın… biz tәk qalmaq istәyirik.
– Qabaqda otuz kilometrlik boş sahil olacaq, qәrarı özünüz
verin, – dedim.
Arxadan qızın çığırtısı eşidildi:
– Qoy özü desin, qәrarı özü versin.
Soruşdum ki, axı mәn niyә; burada mәnlik nә var? Amma
qız qışqırmağa davam edirdi:
– Qoy özü desin, özü hәll etsin!
Qız belә deyә-deyә elә gülürdü ki, elә bil bu sözlәrdә
gülmәli nәsә vardı. Onda mәn dedim:
– Lido di Lavinyo tünlük yerdir… Mәn sizi bu yaxınlıqdakı
yaxşı bir yerә apararam, orada bir ins-cins olmur.
Bu sözlәrim qızı neyçünsә yamanca güldürdü vә o, qabağa
әyilib çiynimә vura-vura belә dedi:
– Әhsәn… Sәn ağıllı oğlansan… Bizә nә lazım olduğunu
başa düşdün.
Heç bilmirdim nә fikirlәşim. Qızın davranışı mәnә qәribә
gәlirdi, bir az qıcıqlandırsa da, eyni zamanda anlaşılmaz
ümidlәr aşılayırdı. Kürәn qaşqabaqlı halda oturub dinmirdi,
amma axırda dözmәdi:
415