Page 411 - alberto moravia_Макет 1
P. 411
Püşk
– Bizә tәklif edirlәr ki, onların dәstәsindә olaq.
Qaraşın qız ona mәhәl qoymadan sözünә davam elәdi:
– Qulaq asın, ağlıma bir fikir gәlib... Sizin dördünüzdә
heç olmasa iki nәfәr üçün bilet pulu yığılar?
Biz bir-birimizin üzünә baxdıq. Mәn dedim:
– Yәqin, yığılar… hә, Remo?
– Әlbәttә, – Remo tәsdiqlәyir.
– Lap yaxşı. Onda mәn sizin adınızı ayrı-ayrı dörd kağıza
yazacam. Sonra kağızları birinizin kepkasına qoyub, hәrәmiz
bir püşk çıxararıq. Kim udsa, bizim ikimizdәn birimizi seçib,
qalan üçünün hesabına onunla kinoya getsin. Razısız?
Biz yenә bir-birimizә baxdıq. Bir tәrәfdәn tәklif çox
şirnikdirici idi, çünki qaraşın qız hamımızın xoşuna gәlirdi vә
yaxşı bilirdik ki, püşkü kim udsa, әlbәttә, onu seçәsidir; o biri
tәrәfdәn isә heç kәsin ürәyindәn deyildi ki, pulunu özgәsinin
kef-damağı üçün biletә versin.
– Mәn razıyam, – nәhayәt ki, dillәndim.
Üzüqara çıxmamaq üçün o birilәr dә razılaşmalı oldular.
– Çox gözәl, – qaraşın qız sevincәk deyir, – mәnә pul,
kepka, bir dә yazmağa karandaş verin.
Ciblәrimizin astarını üzünә çevirib, iki biletin pulunu
candәrdi dә olsa, bir yerә cәmlәyәsi olduq, hәlә bir az artıq da
qaldı. Remo kepkasını verdi, Luici dә karandaş qırığı tapdı.
Demәli, qaraşın qız pulu götürür, köhnә bir qәzet parçası
tapıb qırağından dörd zolaq kәsir, sonra da uçuq-sökük divarın
yanına qaçıb uzaqdan bizә qışqırır:
– Di tez elәyin, adlarınızı deyin!
Biz bir-bir adımızı söylәyirik, o da kağıza yazıb kepkanın
içinә qoyur, yaxşı-yaxşı qarışdırır vә rәfiqәsinә yaxınlaşıb
deyir:
– Çәk, Eliza!
Eliza kağızların birini götürüb açır vә adı ucadan oxuyur:
– Culio.
411