Page 412 - alberto moravia_Макет 1
P. 412

Alberto Moravia


                Culio mәnim adımdır.
                – Demәli, mәn uddum, – yaxınlaşıb deyirәm vә tәrәddüd
            etmәdәn barmağımı qaraşın qıza tuşlayıram. – Onu seçirәm.
                Qaraşın qız ucadan gülür, sonra yaxınlaşıb qoluma girir.
                Hәr şey bircә anda baş verdi. İndi qaraşın qız yanımda,
            klub da küçәnin o üzündә idi; sarışın qız isә әlindә kepka,
            çaşqın halda gözünü döyürdü.
                Birdәn Remo qışqırır:
                – Nәsә şübhәlidir… O istәyirdi Culio udsun, elә dә oldu.
                O biri dә dәm tutur:
                – Yox, bu sayılmır!
                – Niyә sayılmır? – mәn işә qarışıram. – Biz püşk atmışıq.
                Onda Remo öz kepkasını götürüb içindәki o biri üç kağız
            parçasını da açır. Vә birdәn dәli kimi çığırır:
                – Sayılmır, sayılmır… Kağızların hamısında “Culio”
            yazılıb.
                – Hardan bildin?
                – Al özün bax.
                Düz deyirmiş. Amma qaraşın qız heç kәsi vecinә almır,
            sırtıqcasına gülә-gülә deyir:
                – Artıq işdәn keçib, gecdir daha, biz kinoya gedirik, xuda-
            hafiz.
                Remo qәtiyyәtlә irәli keçib, bizim yolumuzu kәsir.
                – Onda pulları qaytar!
                – Mәn pulu sizә sabah qaytararam.
                – Sabah nәdi… sәn pulu elә indi qaytaracaqsan!
                Qaraşın qız astadan qulağıma pıçıldayır:
                – Tәslim olma!
                Mәn artıq ruhlanmış halda hücuma keçib Remoya bozarıram:
                – Sabah qaytararam, başa düşdün? İndi isә çәkil, rәdd ol
            buradan!
                Söz ağzımdan çıxar-çıxmaz әvvәl Remo, ardınca o biri
            ikisi üstümә cumdu.  Tutaşdıq, artıq dördümüz dә yerdә


             412
   407   408   409   410   411   412   413   414   415   416   417