Page 413 - alberto moravia_Макет 1
P. 413
Püşk
süpürlәşirik. Qol gücünә qalanda, hamısından üstünәm, amma
üç nәfәrdilәr, mәnsә tәk; әgәr polis tәsadüfәn buradan
keçmәsәydi, gec-tez, onsuz da, üstәlәyәcәkdilәr.
Polis başımızın üstünü kәsdirib amiranә tәrzdә qışqırdı:
– Ey siz, yaramazlar!.. Harada olduğunuzu bilirsiniz?..
Sizinlәyәm… Ey!
Biz üst-başımız toz-torpaq içindә, tövşüyә-tövşüyә ayağa
qalxdıq. Remo hiddәtlә qışqırdı:
– Qaytar deyirәm pulu!
Ancaq çevik ağlını işә salan qaraşın qız qәtiyyәtlә polisin
üstünә gedib nә desә yaxşıdır:
– Sinyor polis, biz adaxlıyıq... Burada gәzişirdik, bunlar
üçü isә dalımızca düşüb bayaqdan bizә ilişirlәr… Xahiş edirәm,
deyin, әl çәksinlәr... Axı nә istәyirlәr bizdәn? Kimdir axı
onlar?.. Biz rahat gәzmәk istәyirik.
İnanın ki, qızın bu hәyasızlığı nәinki uşaqları, hәtta mәnim
özümü dә mat qoydu. Polis isә onlara üz tutub ciddiyyәtlә
deyir:
– Di tәrpәnin! Haydı, gedin buradan, yoxsa…
Vә uşaqlar bizdәn göz ayırmadan çaşqın halda geri çәkilirlәr.
Klub yaxınlıqda idi, küçәnin o biri tәrәfindә. Mәn qaraşın
qızın qoluna girib o üzә keçirәm.
Remo aralıdan mәnә qışqırır:
– Sabah biz sәninlә haqq-hesab çәkәrik!
İndilikdә isә heç biri tәrpәnmәyә cürәt etmir. Neylәsin
yazıqlar, axı polis yaxınlıqdadır.
Kassaya yaxınlaşıb Alfredoya deyirәm:
– Parterә iki bilet ver.
Qaraşın qız pulu kassirin qabağına atır.
Biz zala daxil olanda qız dedi:
– Lap necә dә olsa, biz onların dәrsini verdik.
– Sәnin adın nәdir? – soruşdum.
– Assunta, – qız cavab verdi.
413