Page 410 - alberto moravia_Макет 1
P. 410
Alberto Moravia
– Bәlkә, sәn özün gedib Elizaya qoşulasan? – Luici
cavabında mәnә mәslәhәt görür.
– Doğru deyir, – qaraşın qız gülmәyinә ara vermir, – siz
niyә gedib Elizaya qoşulmursunuz?
Bu yerdә sәbir kasam daşdı vә qıza belә cavab verdim:
– Bilirsiz nә var… bir sümüyün üstünә gör neçә köpәk
düşüb… Nolar, mәn gedib Elizaya qoşularam, sizsә burada öz
kefinizdә olun…
Vә tәrәddüd elәmәdәn, qәti addımlarla Elizaya tәrәf
yönәldim, qızın qoluna girib dedim:
– Demәli, adınız Elizadır… Lap yaxşı, barışdıqmı?
– Biz heç dalaşmamışdıq da, – Eliza tәmkinlә cavab verdi.
Belәcә, biz divardakı qüllәnin yanından ötüb, tozlu yolla
irәli addımladıq. Tezliklә başa düşdüm ki, manevrim alınıb;
doğrudan da, qaraşın qız indi artıq bayaqkı qәdәr şәn deyildi:
gah gülә-gülә, gah nazlana-nazlana arxadan gәlәn Eliza ilә
mәni öz qısqanc nәzәrlәriylә daha tez-tez süzmәyә başlamışdı.
– Sәnin rәfiqәnә nә lazımdır? – Elizadan soruşuram. – O,
nә istәyir axı?
– İşvәkardır… Xoşlayır ki, bütün oğlanlar nazını çәksin.
– Onda mәn dә sәnin nazını çәkәcәm, – qıza deyirәm. –
İstәyirsәn?
Eliza heç nә demәdi. Ürәksiz olduğundan qorxub qızardı
vә mәnә әl uzatdı.
Belәcә, küçәnin sonunadәk gedib çatdıq, sonra geri qayıtdıq;
gülüşә-gülüşә, zarafatlaşa-zarafatlaşa tәzәdәn kinoklubun
yanına gәldik. Birdәn qaraşın qız çönüb nә desә yaxşıdır:
– Ey, qulaq asın… Düz bir saatdı bizi bu tozun içindә o
baş-bu başa getmәyә mәcbur edirsiniz… Bәlkә, nәsә ayrı bir
şey tәklif edәsiniz? Yox әgәr tәklif etmәyә başqa nәsә yoxdursa,
onda yaxşısı budur, ayrılaq…
Qoluna girmәyimdәn özünü göyün yeddinci qatında hesab
elәyәn Eliza birdәn-birә cәsarәtә gәlib dillәndi:
410