Page 407 - alberto moravia_Макет 1
P. 407
Püşk
dibindә gözdәniraq yerә verib kart oynayırdıq (düzdür, ortalıqda
pul әvәzinә xırda daşlar, ya da düymәlәr olurdu).
Belә bazar günlәrinin birindә, adәtimiz üzrә, yenә hәmin
yerdә görüşdük. Onu da demәk lazımdır ki, Remo kinoteatrın
cavan sahibi, cantaraq Alfredo ilә tanış idi vә hәrdәn salonda
boş yer qalanda Alfredo bizi içәri biletsiz dә buraxırdı. Amma
hәmin gün o, sözünü bәri başdan bildirdi:
– Uşaqlar, bu gün sizi biletsiz buraxa bilmәyәcәyәm.
Vә kassanın üzәrindә asılmış elanı göstәrdi: “Kontra-
markalara giriş qadağandır”.
Remo dilә tutmağa başladı:
– Qulaq as… bizi iki-iki burax... iki nәfәri indi, iki nәfәri
dә o biri seansa.
Amma Alfredo gözünü bilet kitabçasından ayırmadan
başını buladı. Bununla belә, heç birimiz aralanmaq istәmirdik,
odur ki, afişalara vә kinoya gәlәn adamlara baxa-baxa
yaxınlıqdakı talvarın altında elәcә dayanıb durmuşduq. Budur,
iki qız bir qәdәr tәrәddüdlә afişalara yaxınlaşır. Qızlardan biri
qaraşındır, o biri sarışın. Qaraşının әynindә bir az sürtülmüş
qara mәxmәr jilet, yüngül parçadan tikilmiş qırmızı әtәk var.
Geyimi çirkli, әzik-üzük olsa da, nәdәnsә qız mәnim o saat
ürәyimә yatdı: qaraçı qızları kimi günәşdәn qaralmış sifәti,
qırmızı dodaqları, kömür parçasıtәk qara, iri ağzı, qıvraq,
biçimli bәdәni vardı. Sinәsi kimi, yanları da dolu vә yayğın
olan sarışın qız isә, әksinә, qәti xoşuma gәlmәdi. Onun әynindә
hörümçәk toruna bәnzәr qәhvәyi paltar, әtli ağ ayaqlarında
yamaqlı corab vardı. Enli, qırmızı sifәti tüklü şaftalıya
bәnzәyirdi. Sarışın qız çantasız idi, qaraşının qara rәngli
mәxmәr çantası isә elә hamar vә elә nazikdi ki, içindә heç
burun dәsmalının da olmadığına rahatca and içә bilәrdin.
Dirsәyimlә Remoya toxunub, qaş-gözlә işarә edirәm, Remo
da him-cimi göydә tutub baxışlarıyla mәni ruhlandırır. Onda
mәn qızlara yaxınlaşıb deyirәm:
407