Page 403 - alberto moravia_Макет 1
P. 403
Alınan iş deyil
Ailә artıq süfrә arxasında әylәşib sәhәr öynәsini yeyirdi;
masanın üstündә hәr cür bağlamalar vardı. Pina bir qıraqda
oturub jurnalı vәrәqlәyirdi. Mәni görәndә hәmişәki adi sәsiylә
soruşdu:
– Bәlkә, biz dә yeyәk?
Yemәk bağlamasını götürüb kabinәnin pillәsindә, onunla
yanaşı әylәşdim. Buterbrodu paketdәn çıxarıb ona uzatdım.
Pina buterbrodu açan kimi hiddәtlәndi:
– Bu nәdir? Sәn axı bilirsәn ki, mәn vetçina xoşlamıram!
– Pina, axı…
– Yox, mәn bunu yeyәn deyilәm!
– Sinyorina, lütfәn buyurun, – cavan oğlan ailәnin narazı
baxışları altında soyuq mal әtindәn olan buterbrodu ona uzatdı.
Bilmirәm, fikir vermisinizmi: köntöy adamlar nәzakәtli
olmağa çalışanda әcәb gülmәli görsәnirlәr. Pinanın hәrәkәti
dә o cür alındı: buterbrodu qır-saqqız oğlandan daha çox üz-
göz turşutmağa oxşayan tәbәssümlә götürdü, bir dişlәm alıb
gülümsәmәyә davam elәdi. Sonra dedi ki, bәs guya burada
yemәk münasib deyil vә durub kabinәnin arxasındakı kölgәliyә
getdi. Mәn tәk qaldım. Birdәn qulağıma onun hiddәtli sәsi
gәldi.
– İçmәyә bir şey ver mәnә! İstәyirsәn yemәk boğazımda
qalsın?
Mәn oturduğum yerdәn qalxıb, çaxır şüşәsini ona apardım.
Bir neçә qurtum alıb, tez dә hamısını qumun üstünә tüpürdü:
– Bu nә zibildi belә? Çaxır deyil, xalis sirkәdir!
– Pina, axı…
– Pina, Pina… lap zәhlәmi tökmüsәn!
– Bәlkә, sinyorina bizimkinin dadına baxsın?
Yenә bu sırtıq gәdә idi, çaxır şüşәsini ona uzadıb durmuşdu.
Pina büsbütün saxtalıq yağan valehedici tәbәssümüylә gәdәnin
üzünә gülümsәyib dәrhal razılaşdı. Mәn kәnara çәkildim, o da
bundan istifadә edib, әlüstü Pinanın yanında özünә yer elәdi.
Onda mәn qalxıb suya tәrәf getdim, qumun üstündә oturub
403