Page 404 - alberto moravia_Макет 1
P. 404
Alberto Moravia
dәnizә tamaşa elәmәyә başladım. Özümdә deyildim. Birdәn
ağlıma belә bir fikir gәldi: “Daha bәsdir, bu gün Romaya tәk
qayıdacam… bir daha onu görmәyәcәm”.
Bu qәrar sanki mәni sakitlәşdirdi. İndi әgәr vecimә olsaydı,
yanaşı uzanmış vә kabinәnin arxasından çıxmış iki cüt ayağı
görә bilәrdim: yәni Pina ilә oğlanın ayaqlarını. Amma hәmin
anda mәnә elә gәlirdi ki, artıq bütün bunların heç nәyә dәxli
yoxdur, heç bir әhәmiyyәt dә kәsb elәmir. Qumun üzәrindә
uzanıb tezliklә yuxuya getdim.
Kifayәt qәdәr yatmışdım; handan-hana oyananda gözümә
ilk dәyәn çimmәk üçün dәnizә girmәyә hazırlaşmış bu cütlük
oldu. Onlar mәhrәmanә söhbәt edir, artıq hәr şey barәsindә
razılığa gәlmiş kimi görünürdülәr. Qısqanclıqdan ürәyimin
sıxıldığını hiss etdim. Dәniz sakit deyildi, suya girәndә dalğa
onları ağuşuna aldı. Pina qışqırıb geri atıldı, oğlan isә ürәk-
dirәk vermәk üçün, tәbii ki, dәrhal onun qolundan yapışdı.
Özü dә bir az yuxarıdan, düz qoltuğunun altından tutmuşdu.
Bu vaxt mәn Pinanın sәsin eşitdim:
– Deyәsәn, vәziyyәtdәn istifadә edib, mәnә girişmәk
istәyirsiniz… Çox tәәssüf edirәm, amma baş tutmaz, alınan iş
deyil… Axı mәn bunu sizә dәrhal demişdim: yığışdırın әlinizi.
– Mәn… mәn axı…
– Nә mәlәyirsiniz? Dedim, çәkin әlinizi… Mәn çincә
danışıram ki, heç nә başa düşmürsünüz?.. Ümumiyyәtlә, mәni
tәk buraxın… gedin öz bacınızın yanına, niyә mәnimlә boş
yerә vaxt itirirsiniz?
Oğlan incidi, üstәlik dә, görünür, Pinanın ona bu cür cavab
vermәsi birinci dәfә deyildi. O, pәrt halda dedi:
– Buyurun, necә istәyirsiniz… mәn sizi tәk buraxıram.
– Lap yaxşı… әl çәkin mәndәn, xudahafiz. Kompaniyaya
görә dә sağ olun.
Oğlan ondan aralandı, ancaq elә hey geri qanrılır, sanki
Pinanın onu yenidәn geri çağıracağına ümid edirdi. Pina isә
xilasedici kanatdan yapışıb tәkbaşına dәnizә girdi. Arxasınca
xeyli müddәt baxdım; artıq durub yanına getmәyә, onunla
barışmağa hazır idim. Amma özümә dedim: “Maurisio, bu,
çox münasib mәqamdır, bu cür girәvә bir dә әlә düşәn deyil”.
404