Page 402 - alberto moravia_Макет 1
P. 402
Alberto Moravia
– Mәnim paltarım!
Baxdım ki, Pina özününkünü asmaq üçün qızın asılqandakı
paltarını bükmәlәyib stulun üstünә atıb. Qız kabinәyә girdi,
paltarı götürüb Pinanınkının üstündәn asdı. Pina da qızın
paltarını asılqandan çıxarıb yerә tulladı:
– Mәn istәmirәm bu cındır mәnim şeylәrimin üstündәn
asılsın.
– Qaldırın mәnim paltarımı yerdәn! – qız titrәyәn sәslә
dedi.
– Ay uşaq, sәn, deyәsәn, giclәyirsәn axı… Heç barmağımı
da tәrpәtmәrәm.
– Yox, qaldıracaqsınız!
Bir cüt qızmış xoruz kimi dimdik-dimdiyә durmuşdular;
ikisi dә yaxşıydı. Valideynlәr yerlәrindәn sıçradı.
– Buna bax ey, gәlib çatmamış dava-dalaş salır, – qızın
anası dedi.
Ata da donquldandı:
– Bu, nә maneradır belә… biz hara düşmüşük?
Bu dәfә mәn gördüm ki, Pina lap ağını çıxardıb. İçәri girib
paltarı yerdәn qaldırdım vә qızdan soruşdum:
– Sinyorina, haradan asmağımı әmr edirsiniz?
Qız yumşalaraq bildirdi ki, anasının paltarının üstündәn.
Elә dә elәdim. Sonra kabinәni arxadan bağlayıb әynimi
dәyişdim. Çıxanda gördüm ki, Pina qızın qardaşıyla dәnizә
yönәlir. Onlar danışıb-gülürdülәr. Başa düşdüm ki, Pina qızın
paltarını qaldırmağımdan acıqlanıb, indi mәni cәzalandırmaq,
heyif çıxmaq istәyir. Özümü o yerә qoymadım, onlara yaxınlaşıb
dedim:
– Pina, gedәkmi çimmәyә?
– Sәn özün get… mәn… sizin adınız necәdir?
– Luçano.
– Mәn çimmәyә Luçanoyla gedәcәm.
Heç nә demәdim, çimmәyә dә tәk getdim. Onlar çimәrlik
boyunca sahil uzunu gәzә-gәzә tezliklә gözdәn itdilәr. Sudan
çıxandan sonra bәdәnimi qumluqda qurudub kabinәyә qayıtdım.
402