Page 424 - alberto moravia_Макет 1
P. 424

Alberto Moravia


            mümkün deyil, çünki tәk sәni sevirәm, başqa heç kәsi; özü dә
            bu mәhәbbәt ömürlükdür.
                İndi bu barәdә düşünә-düşünә yadıma saldım ki, “ömürlük
            mәhәbbәt” ifadәsi, deyәsәn, Anyezeni sevindirmәmişdi, әksinә,
            sifәti tәәccübdәn uzanmış vә başqa heç nә demәyib, özünә
            qapanmışdı.
                Başqa növ fәrziyyәlәrә keçdim: ola bilәr, Anyeze mәni
            maddi sәbәblәrdәn, pul mәsәlәsi, yaxud, ümumiyyәtlә, bizim
            yaşayış tәrzimizin ucbatından tәrk edib?
                Ancaq mәsәlәnin bu tәrәfini dә götür-qoy elәyәndә belә
            nәticәyә gәldim ki, vicdanım tәmizdir. Düzdür, mәn ona yalnız
            müstәsna hallarda pul verirdim, ancaq onun pula nә ehtiyacı
            vardı? Onsuz da, hәmişә böyründәydim, istәdiyinin haqqını
            da ödәmәyә hazır idim. Qәtiyyәn pis yaşamırdıq. Özünüz
            mühakimә edin: hәftәdә iki dәfә kino, iki dәfә kafe. Özü dә
            kafedә gözümün ucuyla da baxmazdım ki, Anyeze dondurma
            sifariş verir, yoxsa sadәcә qәhvә. Ayda iki illüstrasiyalı jurnal
            alırdıq, gündәlik dә qәzet. Qışda hәtta arabir operaya getmәyimiz
            dә olurdu, yayda isә atamın Marinodakı bağına baş çәkirdik.
            Әylәncәlәrimiz belә idi. Pal-paltara, geyim-kecimә gәlincә,
            burada Anyezenin şikayәtlәnmәyә, gәrәk ki, әsası olmasın.
            Nәyi lazım bilirdisә – istәr büsthalter olsun, istәr bir cüt corab,
            ya da sadәcә dәsmal – dәrhal razılaşardım, onunla bir yerdә
            mağazaya yollanıb seçim edәr, üz-göz turşutmadan pulunu
            ödәyәrdim. Dәrzilәrә, modelyerlәrә münasibәt dә eyni cür idi.
            Anyeze deyәndә: “Mәnә şlyapa lazımdır”, yaxud “Mәnә paltar
            lazımdır”, heç vaxt olmamışdı ki, dilimdәn ayrı cavab eşitsin:
            “Gedәk alaq, mәn dә sәninlә gedirәm”. Hәrçәnd etiraf edim
            ki, Anyeze çox da tәlәbkar deyildi: ikiillik evlilik müddәtindә
            paltar qayğısına qalmağı, demәk olar ki, yadırğamışdı. Hәrdәn
            özüm yadına salırdım ki, bәs ona filan-filan paltarları almaq
            lazımdır. Adәtәn, cavabı belә olurdu ki, elә dә vacib deyil,
            ötәnilki geyimlәri hәlә qalıb. Mәn hәtta düşünmәyә başlamışdım


             424
   419   420   421   422   423   424   425   426   427   428   429