Page 427 - alberto moravia_Макет 1
P. 427
Çürükçülük eləmə
Hә, mәnim kimi әr tapmaq asan deyil. Anyeze tez-tez
mәnә deyirdi:
– Mәn filan yerә getmәli, filankәslә görüşmәliyәm, bu,
sәnә maraqlı deyil.
Ancaq hәmişә ona belә cavab verirdim:
– Yox, mәn dә gedirәm… axı, onsuz da, ayrı işim yoxdur.
– Neynәk, – deyirdi, – gedirsәn get, amma xәbәrdar edirәm
ki, orada sәnә darıxdırıcı olacaq.
Nәticәdә mәn deyәn olurdu: zәrrәcә darıxmırdım, sonra
da ona deyirdim:
– Bax görürsәn, mәnimçün qәtiyyәn darıxdırıcı keçmәdi.
Bir sözlә, biz ayrılmaz cütlük idik.
İndi bütün olub-keçәnlәri düşünә-düşünә, Anyezenin mәni
niyә tәrk etdiyini özümdәn soruşa-soruşa gәlib atamın dükanına
çatdım. Bu, Minerva meydanının yaxınlığında yerlәşәn kilsә
müxәllәfatı mağazasıdır. Atam hәlә qoca deyil; qara, qıvrım
saçları var, qapqara bığlarının altında mәnim heç vaxt başa
düşmәdiyim sirli tәbәssüm gizlәnib. Ola bilsin, keşişlәrlә,
dindar adamlarla danışmağa vәrdiş elәdiyindәn mülayim
tәbiәtli vә hәmişә nәzakәtlidir. Anam ona yaxşı bәlәddir,
atamdan söz düşәndә deyir ki, o, sadәcә özünü idarә etmәyi
әla bacarır.
İçәri girdim, buxurdanın yanından, bәxşiş mücrülәri yığılmış
vitrinlәrin arasından keçib kontorun yerlәşdiyi arxa otağa
gәldim. Atam, adәti üzrә, bığlarının ucunu çeynәyә-çeynәyә
nәyisә hesablamaqla mәşğul idi.
– Ata, bu gün Anyeze mәni tәrk edib.
O, gözlәrini qaldırıb üzümә baxdı vә sanki bığının ucunda
qımışdı; ya bәlkә, mәnә elә gәldi?
– Çox tәәssüf, – handan-hana dedi, – Düz sözümdür, buna
ürәkdәn tәәssüflәnirәm… Amma necә baş verdi bu?
Mәn işin nә yerdә olduğunu әtraflı danışıb, axırda әlavә
etdim ki, әlbәttә, bu, mәnimçün çox xoşagәlmәz haldır, amma
ilk növbәdә bir şeyi bilmәk istәrdim: o, mәni niyә tәrk edib?
427