Page 431 - alberto moravia_Макет 1
P. 431
Ucadan səslənən fikirlər
köntöy “Sәn sәfehsәn, yoxsa özünü sәfehliyә qoymusan?!”
deyib üstümә çımxıranda da mәnim başımda yalnız eyni sözlәr
әks-sәda verir, itaәtkarcasına tәkrar olunurdu: “Sәn sәfehsәn,
yoxsa özünü sәfehliyә qoymusan?” Özgә heç nә.
Restoranın sahibi, aydındır ki, işimdәn razıydı vә tez-tez
başqalarına deyirdi:
– Mәn öz restoranımda qalmaqal, dava-dalaş istәmirәm…
Alfredodan ibrәt götürün: bircә artıq kәlmә dә işlәtmir. Әsl
ofisiantdır.
Hәr şey bir axşamüstü başladı. Eynәn günәşin şәfәqlәri
altında әriyәn buzun suya çevrilmәsi, hәmin suyun qәfildәn
coşub-kükrәmәsi, aşıb-daşması kimi...
Mәnә bir müştәri düşmüşdü, qoca olsa da, yaxşıca әl
gәzdirib, özünü xeyli cavanlaşdırmışdı. Buruq saçları yüngülcә
ağarmışdı, elә bil başına qar sәpmişdilәr, özü dә bir az keçisifәt
idi. Restorana gәtirdiyi yöndәmsiz, sarışın qızın gözünә kül
üfürmәk üçün mәnә ilişmәyә başlamışdı. Qız, yәqin, makinaçıydı,
ya da dәrzi. Qoca hәr şeyә deyinir, heç nәdәn razı qalmırdı.
Mәn onun sifarişlәrini süfrәyә gәtirәndә qışqırmağa başladı:
– Bu nә zir-zibildi belә?! Biz hara gәlmişik?! Heç bilmirәm
niyә mәn bunları götürüb sәnin başına çırpmıram!
Әslindә, haqlı deyildi: mal әti sifariş etmişdi, mәn dә
dediyini gәtirmişdim. Amma kişinin sözlәrini beynimdә
itaәtkarcasına tәkrarlamaq әvәzinә, birdәn-birә ağlımdan keçdi:
“Bu tip xalis keçisifәtdir!” Buna hәtta özüm dә tәәccüblәndim.
Әlbәttә, elә dә böyük fikir deyildi, bilirәm, intәhası, mәnimçün
çox vacib idi, çünki restoranda işә başladığım vaxtdan bәri ilk
dәfәydi ki, özüm nәsә düşünmüşdüm.
Mәtbәxә gedib sifarişi dәyişdim, iki pors abbakkio gәtirib
ürәyimdәn keçәni ağlımdan da keçirdim: “Al ye… boğazında
qalsın!” Gördüyünüz kimi, bu artıq başqa, yeni fikir idi.
Düzdür, bu da sәn deyәn böyük fikir deyil, amma hәr necә
olsa, fikirdir.
431