Page 436 - alberto moravia_Макет 1
P. 436
Alberto Moravia
işıqlandırılmış salona daxil oldular. Ziyafәt paltarında olan
qadınlar bir-biriylә ucadan, hәvәslә danışa-danışa tez-tez geri
qanrılır, әllәrini cibinә qoyub arxadan gәlәn әrlәrinә, tünd-
göy rәngli kostyum geymiş yekәqarın, özündәnrazı kişilәrә
baxırlar. Bir sözlә, “yaxşı camaat” deyilәn adamlardandılar.
Dәqiq belәdir ha. Bir axşam frantlardan birinin bu cür tiplәri
göstәrib nә dediyini öz qulağımla eşitmişdim: “Bax bu gün
yaxşı camaat tәşrif buyurub”.
Yaxşıdır, ya pis, bilmirәm, amma onlar bir çox cәhәtdәn
ürәyimә yatmadı. Başlıcası da o sәbәbdәn ki, mәnә “sәn”
deyirdilәr: “Stul gәtir… Menyunu bura ver… Di tez elә,
tәrpәn…” Elә “sәn-sәn” salıblar ki, elә bil onların qardaşıyam.
Mәnsә özümü heç kәsin qardaşı hiss etmirdim, xüsusәn dә
belәlәrinin yığnağında. Düzdür, elә hamıya “sәn” deyirdilәr –
o biri ofisiantlara da, hәtta restoran sahibinә dә. Bunun
mәsәlәyә heç bir dәxli yoxdur, özlәri bilәr, әgәr istәyirlәrsә,
lap qoy göylәrin hökmdarına da “sәn” desinlәr, amma mәnә
yox.
Nә isә, demәli, “yaxşı camaat” gәlib çıxdı, ilk mәzhәkә dә
oturmaqla, yerbәyer olmaqla başlandı: Culiya qoy burada
otursun, Fabrisio orada, Lorenso mәnim yanımda, mәn dә
Petronun böyründә. Covanna bizim aramızda әylәşәr, Mariza
da masanın yuxarı başında. Çox şükür ki, nәhayәt, hamısı
yerlәşib-yönlәşib oturdular, mәn dә yaxınlaşıb kartoçkanı
masanın yuxarı başında әylәşәn adama – ağ boynuna pudra
çәkmiş gonbul, keçәl, donqarburun, dombagöz kişiyә verdim.
Alıb vәrәqlәmәyә başladı.
– Hә, sәn bizә nәyi mәslәhәt görürsәn? – soruşdu.
Barmağıyla mәni vurduğunu görüb mızıldanıram:
– Heyvan.
Xoşbәxtlikdәn, nә dediyimi eşitmәdi, çünki hәmin vaxt o
birilәr menyunun üstündә bәrk hay-küy salmışdılar. Biri
spagetti tәlәb edirdi, biri soyuq qәlyanaltı; biri Roma mәtbәxinә
üstünlük verir, başqası onunla razılaşmırdı; kimisi qırmızı
436