Page 437 - alberto moravia_Макет 1
P. 437

Ucadan səslənən fikirlər


          çaxır istәyirdi, kimisi ağ çaxır. Әn çox da qadınlar sәs-küy
          salmışdı: quş damındakı toyuqlar yatmazdan qabaq necә
          qaqqıldaşırsa, onlar da elәcә çığırışırdılar. Özümü saxlaya
          bilmәdim, kişiyә tәrәf әyilib dişimin arasından dedim:
             – Gic toyuqlar!
             Ola bilsin eşitdi, çünki diksinib soruşdu:
             – Nә deyirsәn? Toyuq?..
             – Hә, soytma toyuq var.
             – Cәhәnnәm olsun toyuq soyutması! – kimsә qışqırdı. –
          Biz romasayağı yemәk istәyirik: donuz salasında lobya vә
          palyata.
             – Palyata nәdәn hazırlanır?
             – Palyata, – әlindә kart olan kişi izah edir, – hәlә dilinә ot
          dәymәmiş südәmәr buzovun içalatıdır. Onu qaynar suda bütöv
          şәkildә pörtlәdirlәr, içәrisindә nә varsa, hamısını, yәni
          eksperimentlәrlә birgә...
             – Eksperiment!.. Fu, dәhşәtә bax!
             – Sizin kimilәrә elә mәhz bu lazımdır, – düşündüm, daha
          doğrusu, irәli әyilib mızıldandım.
             Bu dәfә, deyәsәn, dombagöz kişinin qulağı nәyisә çaldı,
          çünki tәrәddüdlә mәndәn soruşdu:
             – Nә? Sәn nә dedin?
             – Mәn heç nә demәdim.
             – Yox, sәn nәsә dedin, – o, hirssiz-filansız, amma qәtiyyәtlә
          bildirdi.
             Bu vaxt nәsә sakitlik çökdü, özü dә tәk bizim masaya yox,
          bütün restorana. Tәrs kimi orkestr dә çalmağı dayandırdı. Vә
          qәfil gördüm ki, bu sakitlikdә astadan, ancaq anlaşıqlı şәkildә
          nә danışdığımı özüm dә eşidirәm:
             – Heyvan, mәnә “sәn” deyirsәn?
             Kişi qulaqlarına inanmırmış kimi dәlicәsinә sıçrayıb ayağa
          qalxdı:
             – Mәnә heyvan deyirsәn?.. Sәn heç kiminlә danışdığını
          bilirsәn?

                                                              437
   432   433   434   435   436   437   438   439   440   441   442