Page 439 - alberto moravia_Макет 1
P. 439
Ucadan səslənən fikirlər
– Yaxşı… Mәn gedәrәm… heyvan.
Bir sözlә, dodaqlarım özümdәn ixtiyarsız tәrpәşirdi, mәnsә
buna heç cür mane ola bilmirdim. Yalnız küçәdә ayılıb özümә
gәldim; ayaq saxlayıb etirazımı hündürdәn bildirdim:
– Hamısı mәnә “sәn” deyir, elә bil doğma qardaşdırlar…
Özlәri kimdi axı, onları kim tanıyır? Niyә özlәrini abırlı
aparmırlar?
Bu vaxt polis öz-özümlә danışdığımı görüb yaxınlaşdı.
– Ey, sәn içmisәn? Hansından vurmusan: qırmızısından,
yoxsa ağından? Keç get, burada dayanmaq olmaz!
– Kim içib? – polisә etiraz elәdim, ardınca da “Marforio”dan
qovulmağıma bais olan hәmin o başabәla söz dilimdәn sanki
öz-özünә qopub çıxdı. Mәn o sözü papağın altından sivişib
çıxan kәpәnәk kimi tutmaq istәdim. Amma necә olsa, söz
ağızdan çıxmışdı, daha heç nә elәmәk olmazdı… Qısası, mәni
polisi tәhqir etdiyimә görә damladılar; gecәni polis şöbәsindә
keçirtdim. Sonra da mәhkәmә vә hökm… Hәbsxanadan
buraxılanda hiss etdim ki, beynim tәzәdәn donub. Vittorio
körpüsünün yanında yolu keçәrkәn, az qala, maşın mәni
vuracaqdı. Yerimdә dayanıb titrәyirәm, sürücü isә geri qayıdıb
üstümә qışqırır:
– Ayaq üstdә yatırsan!
Maşının arxasınca baxdım vә başımda әvvәlki itaәtkarlıqla
tәkrarlanan sözlәrin tıqqıltısını eşitdim: “Ayaq üstdә yatırsan…
Ayaq üstdә yatırsan… Ayaq üstdә yatırsan!”
439