Page 434 - alberto moravia_Макет 1
P. 434
Alberto Moravia
Cavabında o, gözlәrini qaldırıb tәhdidlә deyir:
– Ofisiant, siz bayaq burada nәsә fikir bildirmisiniz…
Mәn sanki göydәn zәnbillә düşmüş kimi soruşuram:
– Fikir?.. Başa düşmürәm.
– Hә, siz fikir yürütmüsünüz… Sinyora eşidib.
– Sinyora, yәqin, yaxşı eşitmәyib.
– Sinyora lap yaxşı eşidib.
– Başa düşmürәm. Sinyor, bәlkә, sizә spagetti lazım deyil,
elә isә dәyişmәk mümkündür.
– Ofisiant, siz bayaq burada fikir bildirmisiniz, özünüz dә
mәnim nәdәn danışdığımı yaxşı bilirsiniz.
Bu yerdә gözәlçә irәli әyilib ona deyir:
– Qulaq asın, yaxşısı budur, onu dinc buraxasınız.
Amma oğlan sakitlәşmәk bilmir:
– Sahibi bura çağırın.
Mәn nәzakәtlә baş әyib sahibi çağırmağa gedirәm.
Sahib gәldi, müştәriyә qulaq asdı, nәsә dedi, bir az mübahisә
etdi. Qız isә yenә bayaqkı kimi gülmәyindә idi vә bu gülüş
sırtıq gәdәni lap bәrk cinlәndirirdi. Nәhayәt, sahib mәnә
yaxınlaşıb sakitcә dedi:
– Di yaxşı, işini gör, xidmәtini göstәr, vәssalam… Amma
bax ha, әgәr bir dә tәkrar olunsa, işdәn azadsan.
– Axı mәn…
– Yum ağzını!.. Haydı!..
Nә isә, mәn onların şam yemәyini gәtirib verdim, özüm
dә bir kәlmә danışmadım. Qız elә hey qәhqәhә çәkib gülürdü,
oğlan isә, az qala, yemәyә heç toxunmurdu da. Axırda desert
sifariş vermәdәn, heç çaypulu da qoymadan çıxıb getdilәr.
Gözәlçә öz işindәydi, hәtta qapıdan çıxanda da gülürdü.
Birinci dәfәdәn sonra gәrәk özümü necәsә yığışdıraydım,
әvәzindә isә işlәr lap betәr alındı. İndi, demәk olar ki, daha
ürәyimdә fikirlәşmirdim, hamısını ucadan deyirdim. Restoranda
müştәri seyrәk olanda, ofisiantlar masaların böyür-başında,
434