Page 435 - alberto moravia_Макет 1
P. 435
Ucadan səslənən fikirlər
yaxud divarın yanında bekarçılıqdan ayaqlarının birini götürüb
birini qoyanda mәn dodaqlarımı güclә tәrpәdә-tәrpәdә özümlә
daha tez-tez danışırdım. O birilәr isә, hәr necә olsa, bunu
görüb mәni cırnadırdı:
– Nәdi, dua oxuyursan, yoxsa tәsbeh çevirirsәn?
Yox, dua oxumurdum, tәsbeh dә çevirmirdim; atadan,
anadan vә üç balaca uşaqdan ibarәt beşnәfәrlik bir ailәyә göz
qoyur, öz-özümә donquldanırdım:
– Kişinin pul xәrclәmәyә әli qalxmır: ya simicdir, ya da,
hәqiqәtәn, imkanı çatmır. Arvadsa başdanxarabdır, ağlına
korluq vermәdәn bahalı şeylәr sifariş edir: tәzә tәrәvәz, omar,
göbәlәk, şirniyyat, nә bilim nә… Tәbdәn çıxmış, üz-gözünu
turşudub oturmuş kişi özünü güclә saxlayır, kәlәkbaz qadınsa
onu cırnatmaqdan, deyәsәn, әmәlli-başlı xoşlanır; üstәlik,
uşaqlar da dinc durmur, şıltaqlıq edirlәr.
Ya da alnında yekә fır olan müştәrini qaralayırdım.
– Bunun fasadı nә gündәdir?! Bu kartof boyda andırı
alında gәzdirmәk, onu hәr dәqiqә hiss etmәk, ya ona әllә to -
xunmaq, yәqin, әcaib duyğular doğurur… Bәs görәsәn, bu
bәdbәxt şlyapanı başına necә qoyur? Fırın üstündәn taxır,
yoxsa arxaya, peysәrinә itәlәyir?
Bir sözlә, getdikcә tәklikdә özümlә daha tez-tez, adamların
içindә daha az-az danışırdım. Sahib artıq mәni kimәsә nümunә
göstәrmirdi, üzümә çәpәki baxırdı. Düşünürәm ki, bәlkә dә,
yelbeyin sayır vә dalımdan dәymәk üçün münasib fürsәt
gözlәyirdi.
Belә bir fürsәt әlә düşdü.
Bir axşam restoranda, demәk olar, heç kәs yox idi. Orkestr
dәbdә olan “Can vә qәlb” mahnısını boş masalar üçün çalırdı,
mәnsә on nәfәr üçün açılmış böyük masanın böyründә ayağımın
birini götürüb, o birini qoya-qoya әsnәyirdim. Masanı sifariş
etmiş adamlardan hәlә sәs-soraq yox idi, amma onların kimliyini
bilir vә yaxşı heç nә gözlәmirdim. Nәhayәt, gәlib çıxdılar, gur
435