Page 438 - alberto moravia_Макет 1
P. 438

Alberto Moravia


                – Mәn bir söz demәdim.
                – Mәnә heyvan demәk?! Әclaf! Yaramaz! Belә qudurmusan?!
            İndi mәn sәni ağıllandıraram!
                Yaxamdan yapışıb mәni divara sıxdı. Qalanlar da hamısı
            masa arxasından qalxdılar: kimisi onu sakitlәşdirir, kimisi dә,
            әksinә, mәnim üstümә cumurdu. Bütün restoran bizә baxırdı.
            Cin vurdu tәpәmә, onu geri itәlәyib qışqırdım:
                – Mәn heç nә demәdim… Әlini çәk!
                – Demәli, heç nә demәdin?! Heç nә?!
                – Yox, heç nә demәdim, – kişinin әlindәn birtәhәr qopub,
            sakitcә әlavә elәdim: – Heyvan.
                Bu söz artıq ikinci dәfә dilimdәn çıxırdı…
                Xoşbәxtlikdәn, hәmin dәqiqә restoran sahibi özünü yetirdi:
            o gah әzilib-büzülür, gah qamış kimi yellәnir, gah ilanbalığıtәk
            qıvrılırdı.
                – Xahiş edirәm, hörmәtli cәnab, xahiş edirәm sizdәn!
                Hörmәtli cәnab isә elә bağırırdı ki, deyәrdin yükdaşıyandır.
                – Mәn onun ağız-burnunu әzişdirәrәm!
                Axırda sahib mәnim qolumdan yapışıb deyir:
                – Sәnsә bura gәl, dalımca gәl görüm!
                Yenә “sәn”.
                Biz zaldan keçәndә müştәrilәr masa arxasından dikәlirdilәr
            ki, mәni lap yaxşı görә bilsinlәr, mәnsә özümü saxlaya
            bilmәdim, düşündüyümü ucadan dilә gәtirdim:
                – İşә bax ki, daha bir heyvan da mәnә “sәn” deyir.
                Restoran sahibi sәbrini basıb burada heç nә demәdi, amma
            biz mәtbәxә keçәn kimi bağlı qapının arxasında üstümә
            çәmkirdi:
                – Demәli, sәn әvvәl müştәriyә heyvan deyirsәn, indi dә
            mәnә?
                – Mәn heç nә demәdim… heyvan.
                – Yenә dediyini deyirsәn? Heyvan sәn özünsәn, bildin?!
            İndi isә rәdd ol buradan, elә bu dәqiqә!



             438
   433   434   435   436   437   438   439   440   441   442   443