Page 433 - alberto moravia_Макет 1
P. 433
Ucadan səslənən fikirlər
onu acıqlı-acıqlı nәzәrdәn keçirib nә buyuracağını xeyli müddәt
qәrarlaşdıra bilmәdi. Axırda özü üçün doyumlu yemәklәr
sifariş etdi: spagetti, kartoflu abbakkio, pirojki vә ançous. Qız
isә, әksinә, yüngül qidalar seçdi. Sifarişlәri yazıb geri döndüm
ki, mәtbәxә gedim. Bu vaxt nәdәnsә oğlanın üzünә bir dә
baxdım. Baxan kimi dә dodaqlarımın necә tәrpәndiyini hiss
etdim, asta, eyni zamanda aydın sәslә pıçıldadığımı eşitdim:
– Bunun nә sırtıq sifәti var!
Oğlan heç nә görüb-eşitmirdi, fikri-zikri hәlә dә menyuda
idi. Amma stuldan sıçrayıb gözlәrini üzümә bәrәldәn qızın
qulaqları, bütün qadınlarda olduğu kimi, darı dәnlәyirdi. Mәn
cәld mәtbәxә gedib, var sәsimlә bağırdım:
– Bir dәnә konsome, bir dәnә spagetti!
Sonra geri qayıtdım, onların yaxınlığında, divarın yanında
dayandım.
Baxıram ki, qız gülür; әlini sinәsinә sıxıb ürәkdәn gülür,
gülmәkdәn sifәti qıpqırmızı olub. Oğlan isә incik oturub, nәsә
narahatdır, elә hey qıza tәrәf әyilib, yәqin, nәyә güldüyünü
soruşur. Amma qız cavab vermir, elәcә gülә-gülә, başını
silkәlәyә-silkәlәyә ikiәlli sinәsindәn yapışıb. Nәhayәt, qız
gülmәyinә ara verib bir az sakitlәşdi, oğlana mәn duran tәrәfi
göstәrib nәsә dedi. Oğlan dönüb gözünü üzümә zillәyәndә tez
nәzәrlәrimi qaçırtdım. Tәzәdәn onlara baxanda, görürәm qız
yenә gülür, o isә buynuzlaşmağa hazırlaşan qoç kimi başını
aşağı әyib hәdәqәdәn çıxmış çılğın gözlәrlә mәni süzür.
Nәhayәt, yanına çağırdı:
– Ofisiant!
Tәlәsmәdәn onlara yaxınlaşdım. Qız gülüşünü kәsdi.
Hәrçәnd bir az qorxu vardı canımda, bununla belә, yenә
özümü saxlaya bilmәyib mızıldandım:
– Mәhz elәdir, sırtıq sifәt!
Sonra yaxınlaşıb deyirәm:
– Nә buyuracaqsınız?
433