Page 429 - alberto moravia_Макет 1
P. 429

Çürükçülük eləmə


             – Doğrudanmı mәnә bundan başqa verilәcәk bir cavabınız
          yoxdur?
             Diqqәtlә üzümә baxıb soruşdu:
             – Sәn özününkülәrә demisәn?
             – Hә, atama danışmışam.
             – Nә dedi?
             Axı atamın nә demәsi onun nәyinә lazım idi?
             – Siz atamı tanıyırsınız, – candәrdi dillәndim. – Deyir,
          sәbәb axtarmaq lazım deyil, çürükçülük elәmә.
             – Atan haqlıdır, oğul... Düz deyib, çürükçülük elәmә.
             –  Amma  Anyeze niyә gedib axı? – artıq qızışmağa
          başlamışdım. – Mәn ona neylәmişәm? Siz axı niyә dә bunu
          mәnә demәyәsiniz?
             Sözümü sinirli-sinirli deyәrkәn, gözucu masaya baxdım:
          masanın üzәrinә süfrә salınmışdı, süfrәnin üzәrindә tikmәli ağ
          salfet vardı, salfetin üzәrinә isә içindә qırmızı lalәlәr olan
          güldan qoyulmuşdu.  Amma salfet masanın tәn ortasında
          deyildi. Qadın heç bir cavab vermәdәn tәbәssümlә üzümә
          baxdığı zaman mәn özümdәn asılı olmadan, neylәdiyimi dәrk
          etmәdәn güldanı qaldırıb salfeti lazımi yerinә çәkdim.
             – Әhsәn!.. – qadın dillәndi. – Bax indi salfet tәn ortadadı…
          Mәn buna fikir vermәmişdim, sәnsә sәliqәsizliyi dәrhal gördün...
          Afәrin… İndi isә, yaxşısı budur, get, oğul, get.
             Bunu deyib ayağa qalxdı; mәn dә qalxdım. Soruşmaq
          istәdim ki, Anyezeni görә bilәrәmmi? Amma başa düşdüm ki,
          bunun faydası yoxdur; hәm dә qorxdum ki, görüşsәk, ağlımı
          itirib nәsә sarsaq bir hәrәkәt edәr, axmaq bir söz deyә bilәrәm.
          Özü anlayanda ki, mәnim kimi әrlәr hәlәm-hәlәm әlә düşmür,
          ola bilsin, haçansa qayıdar. Ancaq mәni niyә atıb getdiyini
          izah etmәyincә, evimin kandarından içәri ayaq basmayacaq.







                                                              429
   424   425   426   427   428   429   430   431   432   433   434