Page 421 - alberto moravia_Макет 1
P. 421

Cinni


             Qız saxta tәәccüblә soruşdu:
             – Nolub ki? Bәyәm sәn mәnә acıqlısan?
             Bu yerdә daha sәbrimi basa bilmәyib qışqırdım:
             – Sәn bunda sifәtә bir bax: indicә mәni öldürmәk istәyirdi,
          bunun ucbatından bütün günüm boşa gedib, benzin işlәtmişәm,
          pul itirmişәm… hәlә gәrәk buna acıqlı da olmayım! Allahına
          şükür elә ki, sәni aparıb polisin çәnginә vermәdim!
             Vә bilirsiniz qızın mәnә cavabı nә oldu?
             – Sәn sadәcә çox cinni adamsan!
             Bunu deyib maşından çıxdı vә ötkәm addımlarla, açıq-
          saçıq yerişlә San-Covanni meydanında şütüyәn maşınların,
          avtobusların, velosipedlәrin arasından keçib uzaqlaşdı. Mәn
          sanki tilsimlәnmiş kimi yerimdә quruyub, öz yaşıl paltarında
          ilan kimi qıvrıla-qıvrıla gedәn qızın arxasınca ta o, gözdәn
          itәnә qәdәr baxdım. Bu vaxt kimsә taksiyә әylәşib qulağımın
          dibindә bәrkdәn qışqırdı:
             – Popolo meydanına!





























                                                              421
   416   417   418   419   420   421   422   423   424   425   426