Page 371 - alberto moravia_Макет 1
P. 371

ŞӘN KEÇӘN MӘCLİS

             Biz neçә nәfәr idik?  Altı.  Aramızda iki qadın vardı –
          Amilkarenin arvadı Adele, bir dә onların Terndәn olan qohumu,
          Romaya qonaq gәlmiş Cemma. Dörd kişi dә biz idik: Amilkare,
          Remo, Sirio vә mәn. Birinci sәhvimiz onda oldu ki, biz
          mәclisә Sirionu da dәvәt etmişdik, – onda mәdә xorası vardı
          vә çox sinirliydi; hәr xırda şeyin üstündә әsib-coşmağa hazır
          idi.  İkinci sәhvimiz onda idi ki, restoran seçmәyi Amikarenin
          öhdәsinә buraxmışdıq. Üç nәfәrin hesabını ödәmәli olduğundan
          qabaqcadan bilmәliydik ki,  Amilkare xüsusi xәrcә düşmәk
          istәmәz. Biz hamımız İndipendens meydanında toplaşarkәn o,
          iki ayağını bir başmağa dirәyib israr elәdi ki, bәs onun yaxşı
          tanıdığı restorana gedәk. Guya restoran lap yaxınlıqdaydı, әl
          uzatsan çatardı; üstәlik, restoran sahibi dә onun dostudur –
          hәm yaxşı yemәk verirdilәr, hәm dә orada bizimçün güzәşt
          edilәcәkdi…
             Gәrәk qabaqcadan ağlımıza vuraydıq ki, vağzalın
          hәndәvәrindәki bu kasıb mәhәllәlәrdә bizi yaxşı nә gözlәyә
          bilәr axı? Bu rayonda yalnız yolu Romadan keçәnlәr, bir dә
          Makao kazarmasının әsgәrlәri olurdu, vәssalam. Vә biz düz
          küçәlәrlә addımlaya-addımlaya tutqun, qaranlıq binaların
          yanından ötüb keçdik. Hәmin axşam sәrt şaxta vardı, adamın
          iliyinә işlәyәn әsl yanvar şaxtası. Yaxşı yemәyin ölüsü olan
          Amilkare isә dil-boğaza qoymadan tәkrarlayırdı:
             – Hә, dostlar, mәn özümçün birincidәrәcәli әsl yemәklәr
          düzәldәcәm… Ciyәrlәrimi, böyrәklәrimi, mәdәmi, digәr daxili
          orqanlarımı vecimә almadan yaxşıca yeyib-içәcәm.  Adele,
          sәni qabaqcadan xәbәrdar edirәm ki, öz adәtini yaddan çıxarıb,
          bu axşam deyinmәyi heç ağlına da gәtirmәyәsәn.
             – Mәnim yanımda necә istәyirsәn elә, sabah nәticәsinә
          baxarıq, – öz şişman vә kefcil әrinin tam әksi olan cılız vә
          mәhzun Adele ona cavab verdi.

                                                              371
   366   367   368   369   370   371   372   373   374   375   376