Page 351 - alberto moravia_Макет 1
P. 351

Mario


             – Haradan bildin? Kim deyib bunu sәnә?
             – Sizin dalandar.
             Hә, demәli hamısı düz imiş!
             Dükandan bayıra atılıb evә tәrәf götürülmәdimmi?!
             Biz lap yaxınlıqda oluruq, cәmisi bir neçә alaqapını keçmәk
          lazım idi, vәssalam. Qaça-qaça tәkrarlayıram: “Mario…
          Mario… Mario…”  Tәkrarladıqca da, tanıdığım Marioların
          hamısı bircә-bircә beynimdә fırlanır, gözümün önündәn keçirdi:
          Mario – südsatan; Mario – meyvәsatan; Mario – xarrat; Mario –
          әvvәl әsgәr idi, indi işsizdir; Mario – kolbasaçının oğlu; Mario,
          Mario, Mario… Romada Mario adında milyon adam var, via
          del Koronariyә, yәqin, bunun yüzü düşәr.
             Evimizin alaqapısına çatan kimi birbaşa dalandar arvadın
          hücrәyәbәnzәr darısqal otağına cumuram. Fede qarı kimi, bu
          arvad da ahıl vә bığlıdır. Baxıram ki, kürәnin qırağında oturub
          salatları qarışdırır. Salam-kәlamsız birbaşa mәtlәbә keçirәm:
             – Deyin görüm, siz uydurmusunuz ki, mәn olmayanda
          Filomena evdә hansısa Marionu qәbul edir?
             Arvadın cavabı çox әsәbi oldu, hәm dә gözlәnilmәz:
             – Heç kim heç nә uydurmayıb! Bunu mәnә sәnin arvadın
          özü deyib.
             – Filomena?!
             – Hә dә, Filomena…
             – Nә deyib ki?!
             – Deyib ki, belә-belә bir adam gәlmәlidir, adı Mariodur…
          Әgәr hәmin vaxt Cino evdә olsa, oğlana çatdırın ki, yuxarı
          qalxmasın, Cino evdә yoxdursa, qoy qalxsın. O, elә indi dә
          oradadır... sizdәdir…
             – Bizdәdir?
             – Hә dә… Bir saat qabaq gәlib.
             Demәli, bu Mario nәinki mövcuddur, hәtta düz bir saatdır
          mәnim evimdә oturub. Filomena ilә mәnim evimdә! Cәld
          pillәkәnә cumdum, üçüncü mәrtәbәyә qalxıb qapını döydüm.


                                                              351
   346   347   348   349   350   351   352   353   354   355   356