Page 301 - alberto moravia_Макет 1
P. 301
Çoçara
götür-qoy edәndәn sonra fikirlәşdim ki, başqa cür ola da
bilmәzdi. Dediyim kimi, Rozetta öz tәbiәti etibarilә kamilliyә
can atan qız idi, heç vaxt xoş әmәllәrindәn qalmaz, başqalarının
dәrd-sәrinә şәrik olmağa çalışardı. Hәtta bәzәn fikirlәşirdim
ki, mәnim qızım müqәddәsdir. Doğrudur, Rozetta tәcrübәsiz
idi, hәyatı bilmirdi, ola bilsin, ürәyinin tәmizliyi mәhz bundan
irәli gәlirdi. Kilsәdә onun müqәddәsliyini mәhv etmişdilәr.
Nәticәdә, tәcrübәli vә qeyri-mükәmmәl insanlardan fәrqli
olaraq, birdәn-birә ifrat dәrәcәdә dәyişilmişdi. Bu vaxtacan
Rozetta Tanrının varlığına inanan, xeyirxah, saf, mәsum bir
qız idi, qorxurdum, bundan sonra bu keyfiyyәtlәrindәn әsәr-
әlamәt qalmasın. Bu kәdәrli, mәşum hadisәlәr barәdә düşünәrkәn,
tez-tez belә qәnaәtә gәlirdim ki, saflıq, tәmizlik anadangәlmә
keyfiyyәt vә ya tәbiәtin hәdiyyәsi deyil, bu mәziyyәtlәrә
çatmaq üçün hәyatın ağır sınaqlarından keçmәlisәn. Amma
anadangәlmә saf insanlar bu keyfiyyәtlәrdәn mәhrum olduqda,
daha çox әziyyәt çәkirlәr. Әn yaxşısı, tәmizqәlbli, saf insan
kimi dünyaya gәlib, sonradan bu xәyali mükәmmәlliyi acı
hәyat tәcrübәsinә qurban vermәkdәnsә, qeyri-kamil, qüsurlu
doğulmaq vә tәdricәn kamillәşmәkdir.
301