Page 293 - alberto moravia_Макет 1
P. 293
Çoçara
köy nәyinin yaxasını düymәlәdim. Sonra ingilislәrin verdiyi
darağı götürüb, pırtlaşıq saçlarını daramağa başladım. Rozetta
hәrәkәtsiz uzanmışdı, cınqırı da çıxmırdı. Artıq ağlamırdım,
göz yaşlarım qurumuşdu, dil deyib ağlamağa, haray çәkmәyә
heyim qalmamışdı. Özümü o qәdәr bәdbәxt, çarәsiz hiss
edirdim ki, bunu heç düşmәnimә dә arzulamaram.
– Qalxıb yeriyә bilәrsәn? – Rozettadan soruşdum.
– Hә, – güclә eşidilәn sәslә cavab verdi.
Ayağa qalxmağına kömәk etdim. Qızımın sifәti avazımışdı,
sәntirlәyirdi. Qoluna girdim, birlikdә çıxışa doğru addımladıq.
Oturacaqların yanına çatanda ona dedim:
– Bu konservlәri götürmәk lazımdır, onları burada qoymaq
olmaz. Gücün çatar?
– Hә, – Rozetta hәminki ölgün sәslә cavab verdi.
Onda mәn yerә dağılmış konserv qutularını yeşiklәrә
yığdım; onlardan birini Rozettanın başına qoydum, birini dә
özüm götürdüm. Kilsәdәn çıxdıq.
Boynumun ardı elә ağrıyır, elә zoqquldayırdı ki, çölә
çıxanda, az qala, huşumu itirib yerә yıxılacaqdım. Amma
Rozettanın mәndәn dә betәr vәziyyәtdә olduğunu düşünüb,
özümü әlә aldım. Enli, sürüşkәn pillәlәrlә meydana endik.
Günәş artıq sәmaya qalxmışdı, meydanın qaralmış döşәmә
daşları gün işığında parıldayırdı. Mәrakeşlilәr gözә dәymirdi;
öz çirkin niyyәtlәrinә çatandan sonra çıxıb getmişdilәr. Bәlkә
dә, Çoçariyanın başqa kәndlәrindә eyni әmәllәrini tәkrarlamaq
üçün. Biz yol kәnarında sıralanmış qapısı bağlı, sәssiz evlәrin
arasından keçib, şoseyә çıxdıq. Kirimişcә addımlayırdıq, bahar
nәsimi qulağıma pıçıldayırdı ki, ümidsizliyә qapılmaq lazım
deyil, çünki hәyat bununla qurtarmır, hәr şey qaydasına
düşәcәk. Belәcә, bir kilometrә yaxın yol getdik. Çox yavaş
yeriyirdik, başımın ağrısı isә get-gedә şiddәtlәnirdi. Bilirdim
ki, Rozetta da әldәn düşüb, canını dişinә tutub yeriyir. Odur
ki, ona dedim:
293