Page 288 - alberto moravia_Макет 1
P. 288

Alberto Moravia


            ho vuza töküldüyü yerdә zәrif lәpәlәr әmәlә gәlirdi. İstәr-
            istәmәz düşündüm ki, qayalıqların arasından sızan bu bulaq
            әbәdidir, vaxt gәlәcәk, dünyada nә mәn olacam, nә Rozetta,
            hamımız haqq dünyasına qovuşacağıq, bu dәhşәtli müharibә
            dә unudulacaq, amma bu sakit, gözdәniraq yerdә çağlayan
            bulaq heç vaxt qurumayacaq. Әlbәttә, hәr şeyin bir sonu var –
            mәn bura gәlәndә uşaq idim, indi yekә qızım var, amma
            bulağın suyu heç vaxt qurtarmır. O, hәmişә axacaq, hәmişә
            çağlayacaq. Su içmәk üçün bir az da aşağı әyildim vә… göz
            yaşlarımı saxlaya bilmәdim. Başı su içmәyә qarışan Rozetta
            bunu görmәdi. Dodaqlarımızı silib, yeşiklәri başımıza qaldırdıq
            vә kәndә yollandıq.
                Tәxmin etdiyim kimi, kәnd bomboş idi. Kәndi
            bombalamamışdılar, çünki heç yerdә dağıntı izlәri yox idi,
            sadәcә kәndlilәr öz evlәrini tәrk edib getmişdilәr. Yolun hәr
            iki tәrәfinә sәpәlәnmiş miskin, yöndәmsiz, daş evlәr heç bir
            xәtәr görmәmişdi, amma qapıları bağlı, pәncәrәlәri örtülü idi.
            Adamı vahimәyә salan bu ölü evlәrin arasıyla addımladıqca
            istәr-istәmәz qәbiristanlıq yadıma düşürdü. Başqa evlәr kimi,
            atam evinin qapı-pәncәrәsi dә bağlıydı. Onun yanından keçәndә
            qapını döymәyә dә ürәk elәmәdim; addımlarımı yeyinlәdib
            Rozettaya heç nә demәdim. Nәhayәt, kәnd meydanına çatdıq.
            Buradan kiçik kәnd kilsәsinә daş pillәkәn qalxırdı. Köhnә
            kilsәnin mamır basmış divarlarında heç bir tәsvir vә ya başqa
            bәr-bәzәk yox idi. Meydan heç dәyişilmәmişdi: naxışlı ağ vә
            qara daşlardan tikilmiş hәminki pillәkәn, hәmişә yaz aylarında
            olduğu kimi, sıx yarpaqla örtülmüş dörd-beş ağac, bir az
            aralıda köhnә su quyusu. Çarxı pas atmış quyunun divarı da
            kilsәnin tikildiyi daşlardan hörülmüşdü. Diqqәtlә baxanda
            gördüm ki, kilsәnin ikisütunlu eyvanının altındakı qapı aralıdır.
                – Gәl belә elәyәk, – Rozettaya dedim, – kilsәnin qapısı
            açıqdır, gedәk bir az orada dincәlәk, sonra ayaqla Vallekorsa
            gedәrik.


             288
   283   284   285   286   287   288   289   290   291   292   293