Page 292 - alberto moravia_Макет 1
P. 292

Alberto Moravia


            әtrafa boylanmağa başladım. Әvvәlcә döşәmәyә dağılmış
            konserv qutularından savayı, gözümә heç nә dәymәdi. Sonra
            fәhmlә baxıb, Rozettanı gördüm. O, mehrabın önündә uzanmışdı.
            Onu ora әsgәrlәr sürüklәmişdi, nә bilim, bәlkә dә, özü qaçıb
            orada gizlәnmәk istәmişdi. Üzüqoylu uzanmışdı, әsgәrlәr onun
            әtәyini başına çәkmişdilәr, qurşaqdan aşağı çılpaq idi. Әsgәrlәr
            necә qoyub getmişdilәrsә, elәcә, ayaqlarını yana açıb qalmışdı.
            Qarnı sanki mәrmәrdәn idi, qarnının aşağı hissәsindәki açıq
            rәngli qıvrım tüklәr çәpiş başını xatırladırdı. Baldırları qana
            bulaşmışdı. Qanı görәndә, mәnә elә gәldi ki, Rozetta ölüb.
            Amma yaxşı bilirdim ki, bu, onun mәhv edilmiş bakirәliyinin
            qanıdır.
                Yaxınlaşıb pıçıltıyla onu sәslәdim:
                – Rozetta!
                Qızdan sәs çıxacağına inanmırdım: doğrudan da, cavab
            vermәdi, heç qımıldanmadı da. Ölә bilәcәyini düşünәndә yer
            ayağımın altından qaçdı, az qala, yenә huşumu itirib yerә
            yıxılacaqdım. Onun üzәrinә әyilib, donunu düzәltdim. Rozetta
            gözlәrini geniş açıb, hansısa mәchul nöqtәyә zillәnmişdi.
            Yerindәn tәrpәnmir, heç nә danışmırdı. Üzündә mәnә tanış ol-
            mayan, qәribә bir ifadә vardı, gözlәri tәlәyә düşmüş, indicә
            ovçunun onu öldürәcәyini gözlәyәn vәhşi heyvanın gözlәrini
            xatırladırdı.
                Qızımın yanında yerә әylәşdim; onu qucaqlayıb, azacıq
            yuxarı qaldırdım vә bәrk-bәrk sinәmә sıxdım. Yalnız bunu
            deyә bildim:
                – Mәnim balam!
                 Hönkür-hönkür ağlamağa başladım. Sel olub axan göz
            yaşlarım yanaqlarımdan süzülüb, ağzıma dolurdu.  Göz yaşım
            o qәdәr acıydı ki, elә bil hәyatımın bütün ağrı-acısı onda
            cәmlәşmişdi. Ağlaya-ağlaya Rozettanın әyin-başını sәliqәyә
            salmağa başladım. Cib yaylığımı çıxarıb, ayaqlarının vә qarnı -
            nın qanını sildim, vәhşilәrin dartıb cırdığı lifçiyini düzәltdim,


             292
   287   288   289   290   291   292   293   294   295   296   297