Page 291 - alberto moravia_Макет 1
P. 291

Çoçara


          ikimiz dә yerә yıxıldıq. Bundan sonra nә qәdәr müqavimәt
          göstәrsәm dә, xeyri olmadı, o, üstümә qalxdı vә saçımı burax-
          madan, әtәyimi yuxarı çәkib әlini baldırlarımın arasına soxdu.
          Yenә çığırdım, bu dәfә ağrıdan çığırırdım, çünki o, qarnımın
          aşağı nahiyәsindәki tüklәrdәn tutub dartırdı. Hiss edirdim ki,
          halsızlaşıram, gücüm tükәnir, nәfәs ala bilmirәm, o isә öz
          işindәydi – mәnim nә çәkdiyim vecinә dә deyildi. Birdәn-birә
          yadıma düşdü ki, kişilәrin çox hәssas bir yeri var... Әlimi
          qarnıma tәrәf apardım, belә ki, әllәrimiz bir-birinә dәydi.
          Yәqin, kişi elә fikirlәşdi ki, ona kömәk etmәk istәyirәm –
          dәrhal saçımı vә tüklәrimi buraxdı, hәtta üzümә baxa-baxa
          hırıldamağa başladı; qaralmış, çürük dişlәri göründü. Mәnsә
          fürsәtdәn istifadә edib, әlimi bir az da aşağıya uzatdım vә
          onun hәssas yerindәn yapışıb, var gücümlә sıxdım. O, vәhşi
          heyvan kimi nәrildәyәrәk, yenidәn saçımdan tutdu vә başımı
          döşәmәyә vurdu. Elә bәrk vurdu ki, ağrı hiss etmәdim, çünki
          artıq huşumu itirmişdim.
             Nә qәdәr vaxt keçdiyini bilmirәm, ayılanda gördüm ki,
          kilsәnin qaranlıq küncündә uzanmışam, әsgәrlәr gözә dәymir,
          әtrafa sükut çöküb. Başımın arxa hissәsindәn savayı, heç
          yerim ağrımırdı – bildim ki, o bәdheybәt mәxluq niyyәtinә
          çatmayıb. Çünki onun әn hәssas yerindәn yapışıb, bәrk
          sıxmışdım, o isә başımı döşәmәyә vurmuşdu vә mәn huşumu
          itirmişdim. Huşunu itirmiş qadının başına oyun açmaq isә
          asan mәsәlә deyil. Onun mәnә dәymәmәsinin başqa bir sәbәbi
          dә varmış, bunu sonradan öyrәndim: digәr әsgәrlәr onu
          çağırıblar ki, Rozettanın әl-ayağını tutmağa kömәk elәsin. O
          da mәni buraxıb, onların yanına gedib ki, qızımı birlikdә
          zorlasınlar.  Tәәssüf ki, Rozetta huşunu itirmәmişdi; başına
          gәtirilәnlәrin hamısını görmüşdü, hiss etmişdi.
             O qәdәr halsız idim ki, yerimdәn qalxa bilmirdim. Birtәhәr
          qalxıb oturmaq istәdim, amma başımın ağrısından bunu da
          bacarmadım. Nәhayәt, bütün gücümü toplayıb ayağa durdum,


                                                              291
   286   287   288   289   290   291   292   293   294   295   296