Page 284 - alberto moravia_Макет 1
P. 284
Alberto Moravia
әylәncә üçün müәyyәn hәrәkәtlәr etmәkdir. Get-gedә zabit
mәndә daha çox maraq oyadırdı. Necә ki ağır xәstәlikdәn
qurtulan adam әtrafında gördüyü hәr şeylә maraqlanmağa
başlayır. Zabitin pırtlaşıq saçları gözoxşayan qızılı rәngdәydi.
Onlar hörmә sәbәtin çubuqları kimi sanki bir-birinә keçirilmişdi
vә kiçik çıxıntılar şәklindә boynunun ardına sallanırdı. Saçlarına
baxdıqca әlimi uzadıb, onları tumarlamağım gәlirdi. Ona görә
yox ki, bu kişidәn xoşum gәlirdi vә ya o, mәni özünә cәzb
edirdi, sadәcә ona görә ki, yenidәn hәyatı sevmәyә başlamışdım,
onun saçları isә hәyatla dolu idi. Mәn indi yol kәnarındakı
yaşıl yarpaqlı ağacları da, dәrәnin o tayında maçeranı sürüşmәdәn
qoruyan, sәliqәylә hörülmüş divarı da, mavi sәmanı vә dünyanı
nura qәrq etmiş günәşi dә sevirdim. Hәr şey xoşuma gәlir, hәr
şey könlümü oxşayırdı. Bir sözlә, mәn uzun müddәt ac qalıb,
iştahası küsәn, amma sonradan normal hәyata qayıdan adamlar
kimi hәr şeydәn hәzz almağa başlamışdım.
Ensiz, dәrin dәrәdә, çay kәnarıyla uzanan kәndarası yol,
axır ki, gәlib şoseyә çıxdı, çay isә vadidә axan daha böyük,
enli vә şәffaf çaya qovuşdu. Sanki dağlar xeyli kәnara çәkilmişdi
vә әvvәlki kimi sıldırımlı görünmürdü; yaşıllıqlar azalmışdı,
hәr tәrәfә çılpaq daşlar sәpәlәnmişdi. Getdikcә bu dağ
mәnzәrәlәri daha kәdәrli, mәhzun görkәm alır, sәhraya daha
çox oxşamağa başlayırdı. Bu, mәnim uşaqlıqdan görüb
öyrәşdiyim mәnzәrәlәr idi, odur ki, uşaqlıq xatirәlәri çıxılmazlıq,
qorxu vә tәnhalıq hissini üstәlәdi. Bu yerlәr, doğrudan da,
qaçaq-quldur oylağını xatırladırdı, may günәşi belә, bu
torpaqların sәrt üzünü yumşaltmaq iqtidarında deyildi. Әtrafda
daşlardan vә qayalıqlardan savayı, heç nә gözә dәymirdi. Ya-
maclarda daşların arasından boy göstәrәn seyrәk otlardan
başqa heç nә bitmirdi. Günәşdә parıldayan adamsız, qara yol,
ilk bahar günәşinin oyatdığı ilan kimi qıvrıla-qıvrıla bu daşların
arasından keçirdi. Әtrafda nә xutorlar vardı, nә evlәr, nә
daxmalar; nә insan gözә dәyirdi, nә heyvan. Bilirdim ki,
vadidәki yeganә yaşayış mәskәninә – mәnim kәndimә çatmaq
284